Marneuli yerli özünüidarəsi 600 qutu çap kağızı alıb.
Marneuli meriyası ilə “Pensan Georgia” MMC arasında bağlanmış
müqaviləyə əsasən, Marneuli meriyası Rusiya istehsalı olan birinci
növ çap kağızı alıb.
"Kağız lazer printerlər, şırnaqlı printerlər,
surətçıxarma maşınları və dupleks çap üçün nəzərdə tutulub.
Bağlamadakı vərəqlərin sayı 500 ədəddir", –
müqavilədə qeyd olunub.
Marneuli yerli özünüidarəsi “Pensan Georgia” MMC-yə
600 bağlama A4
çap kağızının alınması üçün 4170 lari ödəyib.
Marneuli meriyası alınmış çap kağızının daşınması üçün ayrıca fərdi
sahibkar Elvar Məmmədovla sadələşdirilmiş müqavilə bağlayıb.
Marneuli meriyası kağızın Tbilisidən Marneuliyə daşınmasına görə
Elvar Məmmədova 150 lari ödəyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415