Dövlət Auditinin hesabatına əsasən, 2021-2022-ci illərdə Kvemo
Kartli Dövlət Müvəkkili Administrasiyasından qanunun tələbinə uyğun
olmadan
11 dəfə mükafat verilib və bu mükafatların həcmi ümumilikdə 55 610
lari təşkil edib.
“2021-2022-ci illərdə İmereti, Kvemo Kartli və Quriya
administrasiyalarında dövlət məmurları və əmək müqaviləsi ilə işə
qəbul olunan şəxslərə mükafat verilib. Mükafatlar vəzifəli
şəxslərin izahatnaməsi və dövlət müvəkkilinin fərmanı əsasında
verilirmiş”, - Audit hesabatında qeyd olunub.
Dövlət Audit İdarəsi tərəfindən hazırlanmış “2021-2022-ci illərdə
dövlət prokurorluqlarının maliyyə-iqtisadi fəaliyyətinin
uyğunluğuna dair audit hesabatı”-na əsasən, Kvemo Kartli Dövlət
Prokurorluğunda mükafatlar verilərkən Gürcüstanın “Dövlət Xidməti
haqqında” və “Dövlət müəssisələrində əməkhaqqı haqqında”
qanunlarının tələbləri nəzərə alınmayıb. Həmin qanuna əsasən,
dövlət məmuru tərəfindən iş vaxtından artıq işin yalnız vəzifəli
şəxsin yazılı sərəncamı əsasında yerinə yetirilir. Əmək müqaviləsi
ilə işə götürülən şəxsə mükafatın verilməsi səlahiyyəti isə
müqavilənin şərtlərindən irəli gəlməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415