Artıq 14 gündür ki, Kür çayında 21 yaşlı qızı axtarırlar. 21 yaşlı
Aytac Məmmədova aprelin 1-də "Sülh körpüsü" yaxınlığında Kür
çayında itib.
Ayatcın ailəsi iddia edir ki, dövlət qızın tapılması üçün heç bir
iş görmür, bu səbəbdən onlar özləri axtarışa başlayıblar.
Aytacın dayısı, əmisi oğlu və iki qonşusu Kür çayının sahili ilə
hərəkət edərək, kabellə
bağlanmış 3 və 5 litrlik plastik su
qablarından düzəldilmiş sal ilə çaya girərək Aytacı tapmağa
çalışırlar.

"Biz 4 nəfərik, mən, əmim oğlu, qonşular. Tbilisidən
Qırmızı Körpüyə qədər axtarırıq. Allaha and olsun ki, burada bir
dənə də olsun qayıq görünməyib. Bu su qabları mənim qayığımdır.
Bizim ciddi problemimiz var. Öz gücümüz və imkanlarımızla 4 nəfər
axtarış aparırıq. Bir həftədir ki, suda bir qayıq da görmürəm, heç
nə görmürəm", – dayısı Rəsul Ömərov bildirir.
İtkin düşən Aytac Məmmədovanın dayısı deyir ki, 21 yaşlı qız
aprelin 1-də gecə saat 12 radələrində yoxa çıxıb. Aytac dostunun ad
gününü qeyd etməyə gedib və oradan çıxandan sonra Tbilisidəki “Sülh
körpüsü”nün ətrafındakı ərazidən yoxa çıxıb. Rəsul Ömərovun
sözlərinə görə, polis onlara bildirib ki, videoda qızın Kür çayına
düşdüyü görünür, lakin onlar videonu ailə üzvlərinə
göstərməyiblər.
"Polis videonu bizə göstərmir, amma deyirlər ki, qız
suya düşüb. O, özünü suya atıb. Ayaqqabılarını, çantasını və
telefonunu orada qoyub. Yəqin ki, ad günündən qayıdanda özü belə
qərar verib. Orada nə baş verdiyini bilmirik, xəsarət alıb-almayıb,
sadəcə, araşdırma aparılmır. O, başqa yerə qaça da bilərdi. Bizə
heç nəyi göstərməyiblər”, – Rəsul Ömərov
bildirir.
Rəsulun sözlərinə görə, axtarışı Ortaçala Polis İdarəsi aparır.
Deyir ki, dövlət Aytacın axtarışını lazımi səylə aparmır.
"Bir çox ərazilər bağlıdır, bizə icazə vermirlər. Nə
polis, nə də dövlət bu ərazilərə girmir. Bizə də icazə vermirlər.
Mən sadəcə çayın sahillərində, adalarda su qablarından düzəldilmiş
sal ilə axtarış aparıram. Amma kimsə balıq tutsa, dərhal Ekologiya
Departamentinin 10 dənə qayığı gəlir. Əgər kimsə və ya nə isə
meşəyə qaçarsa, 5 vertolyot icarəyə götürürlər. Yəqin pullu dövlət
helikopterini gözləyirik. Bunu etmək üçün imkanımız var, sadəcə
olaraq, Ortaçala polisi dedi ki, 22 kilometr ərazidə axtarırlar.
İndi məlumat gözləyirik. Kimsə hər hansı bir yerdə nə isə görsə,
bildirəcəklər", – Rəsul Ömərov bildirib.

DİN-in Fövqəladə Halların İdarə Olunması Xidmətindən "Marneuli"
Radiosuna bildirilib ki, Kür çayına gündəlik nəzarət olunur, su
nəqliyyatı vasitələri və dalğıclar axtarışlara cəlb olunub, çayın
məcrasına baxış keçirilir.
Daxili İşlər Nazirliyindən "Marneuli" Radiosuna verilən məlumata
görə, faktla bağlı Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə
həddinə çatdırma və ya intihara cəhd) maddəsi ilə araşdırma
aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415