Lejbəddin sakinləri kənd torpaqlarını qorumaq üçün 2 000-dən çox ağac əkiblər (FOTO/VİDEO)
Marneuli bələdiyyəsinin Lejbəddin kəndində əhalinin təşəbbüsü ilə bir sıra ekoloji və ictimai layihələr həyata keçirilir. Bu təşəbbüslərdən biri kəndin “Cala” adlı ərazisində 2 000-ə yaxın ağacın əkilməsidir. Layihələr “Kəndimizi qoruyaq” təşəbbüs qrupu və bu il yaradılmış “Lejbəddin Xeyriyyə Fondu” tərəfindən könüllü əsasda icra olunur. Hər iki qrupun tərkibi eynidir.

Təşkilatçıların “Marneuli” radiosuna verdiyi məlumata görə, xeyriyyə fondunun yaradılması əsasən xaricdə, xüsusilə Rusiyada və son dövrlərdə Avropa ölkələrində yaşayan kənd sakinlərinin təşəbbüsü ilə mümkün olub. Hazırda 150-200-dən artıq Lejbəddin sakini ölkə xaricində yaşayır və kəndin inkişafına həm maddi, həm də mənəvi dəstək göstərirlər.

Təşəbbüs qruplarının yaranmasına səbəb kənd ərazisində qum karxanalarının sayının artması və bunun nəticəsində torpaq sahələrinin zəbt olunması olub. Bu vəziyyətə qarşı yerli ictimaiyyət müxtəlif etiraz aksiyaları keçirib və torpaqların qorunması istiqamətində konkret addımlar atılıb.

“Təşəbbüs qrupumuz 2018-ci ildə yaradılıb. İki fərqli struktur var: biri ‘Kəndimizi qoruyaq’, digəri isə bu il yaradılmış ‘Lejbəddin Xeyriyyə Fondu’dur. Hər iki qrupda eyni şəxslər yer alır. Xaricdə yaşayan kənd sakinlərinin təşəbbüsü ilə bu strukturlar formalaşdı. Əsas səbəb kəndimizdə qum karxanalarının artması və torpaqların qazılaraq zəbt olunması idi,” – deyə təşkilatçılar bildiriblər.


Təşəbbüs qrupunun ən vacib fəaliyyətlərindən biri ağacəkmə kampaniyalarıdır. Son iki ildə “Cala” ərazisində 1000-dən çox tut ağacı və əlavə olaraq 600-700 meyvə ağacı əkilib. Hazırda bəzi meyvə ağacları artıq bar verməyə başlayıb. Bununla yanaşı onlar 100 şam ağac alıblar. Onun bir qismini qəbirstanlğın ətrafına, qalanını isə məktəbin ərazisinə əkiblər.

Bundan əlavə, kənd qəbiristanlıqlarının ətrafında abadlıq işləri aparılır. Lejbəddində iki qəbiristanlıq mövcuddur və onların hasarlanması və ətraf ərazilərin abadlaşdırılması planlaşdırılır.


Təşəbbüs qrupunun gələcək planlarına kənddə idman zalının inşası da daxildir. Bu layihə vasitəsilə gənclərin və uşaqların asudə vaxtlarını səmərəli keçirmələri və sağlam həyat tərzinin təşviq olunması hədəflənir.

Təşkilatçılar bildirirlər ki, hazırda həyata keçirilən layihələr tamamlandıqdan sonra digər sosial təşəbbüslər də icra ediləcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
FaceBook Twitter Google