11 ölkənin 33 vətəndaşı Gürcüstandan deportasiya edilib – DİN
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Nazirliyin müvafiq strukturları və Miqrasiya Departamenti son günlər ərzində apardıqları kompleks tədbirlər nəticəsində Gürcüstandan ümumilikdə 33 xarici ölkə vətəndaşını çıxarıblar.

“Onların bir qismi ölkəni könüllü tərk edib, digərləri isə məhkəmənin qərarı ilə məcburi qaydada deportasiya olunublar. Mövcud qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərə Gürcüstana giriş qadağası tətbiq edilib.

Gürcüstandan deportasiya olunan vətəndaşlar vu ölkələrə məxsusdur. Hindistan, Misir, İordaniya, Türkiyə, Pakistan, Çin, İran, Banqladeş, İraq, Rusiya, Azərbaycan və Türkmənistanın ümumilikdə 33 vətəndaşı Gürcüstandan çıxarılıb”,
– deyə DİN-in məlumatında bildirilir.


Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google