İrakli Kobaxidze senator Stiv Deynzlə görüşüb

“Gürcü Arzusu” partiyasının baş naziri İrakli Kobaxidze ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynzlə görüşüb.

Bu barədə məlumatı Kobaxidzenin administrasiyası yayıb.

Administrasiyanın məlumatına görə, görüş zamanı ABŞ-Gürcüstan münasibətləri, Gürcüstanın regiondakı rolu, eləcə də ölkədəki siyasi vəziyyət müzakirə olunub.

Verilən məlumata əsasən, Kobaxidze Gürcüstan hökumətinin ABŞ ilə münasibətləri yenidən başlatmağa və strateji tərəfdaşlığı bərpa etməyə hazır

olduğunu təsdiqləyib. Bu tərəfdaşlıq konkret yol xəritəsinə əsaslanacaq və hər iki ölkə üçün nəzərəçarpacaq nəticələr verəcək.

Mətbuat xidmətinin məlumatına görə, görüşdə həmçinin mövcud siyasi proseslərə də diqqət ayrılıb və Kobaxidze bildirib ki, ölkədə siyasi sabitlik təmin olunub və Gürcüstan hökuməti bunun qarantiyasıdır".

Məlumata əsasən, görüşdə “Gürcü Arzusu”nun iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani da iştirak ediblər.

Görüşə senator Stiv Deynz də münasibət bildirib. O, sosial şəbəkə X-də paylaşım edərək qeyd edib ki, görüş zamanı Gürcüstanın prezident Tramp və onun administrasiyası ilə sıx əməkdaşlıq etməsinə çağırış səsləndirilib.

“Mən bu gün Gürcüstanın baş naziri Kobaxidze ilə görüşmək fürsətindən məmnun oldum və ABŞ-Gürcüstan münasibətlərinin gücləndirilməsi məsələlərini müzakirə etdik. Senator Gürcüstanın Qafqazda və onun hüdudlarından kənarda sülh və rifahın təşviqində həlledici rolunu təsdiqlədi və ölkəni iqtisadi və təhlükəsizlik sahəsindəki ortaq maraqlarımız naminə prezident Tramp və onun administrasiyası ilə sıx əməkdaşlığa çağırdı,” – deyə məlumatda qeyd olunur.

Mənbə: Publika

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google