Vake küçələrinin bərpasına 18 milyon lari xərclənəcək
“Dayanacaq yerləri azaldılmayacaq” – bu barədə Tbilisi merinin müavini İrakli Bendeliani bildirib.

“Artıq bir həftədir ki, Çolokaşvili və Tsereteli küçələrinin reabilitasiyası başladı. Hazırda su təchizatı və kanalizasiya sistemlərinin quraşdırılması aparılır. Vake qəbiristanlığının yamacının müəyyən hissəsi kəsiləcək ki, əvvəllər mövcud olmayan piyada keçidi salına bilsin. Eyni zamanda dayaq divarı inşa ediləcək”.

Onun sözlərinə görə, layihə çərçivəsində yeni

yaşıl zonalar salınacaq və küçə işıqlandırması yenilənəcək. Bendelianinin qeyd etdiyinə görə, dayanacaq yerlərinin sayı azalmayacaq, işlər isə 24 saatlıq iş rejimində həyata keçirilir.

“Müqaviləyə əsasən, işlərin icrası üçün son tarix 9 sentyabr nəzərdə tutulub, lakin proses o qədər sürətlə gedir ki, biz onu daha tez başa çatdıracağıq. Əsas odur ki, yağış işlərə mane olmasın,” – deyə o bildirib.

Layihənin ümumi dəyəri 18 milyon lari təşkil edir.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google