Macarıstan və Slovakiya Avropa İttifaqı (Aİ) xarici işlər
nazirlərinin Brüsseldə keçirilən görüşündə Rusiyaya qarşı 18-ci
sanksiyalar paketinin qəbulunu dəstəkləməyib.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat
verib. Onun sözlərinə görə, Avropa Komissiyasının Rusiya enerji
resurslarının idxalını mərhələli şəkildə dayandırmaq planlarına
cavab olaraq iki ölkə bu qərarı bloklayıb.
"Bu gün biz Slovakiya ilə birlikdə 18-ci sanksiyalar
paketinin qəbulunun qarşısını aldıq", - Siyarto
jurnalistlərə deyib.
"Biz bunu ona görə etdik ki, bu
halda Macarıstan və Slovakiya da daxil olmaqla Aİ ölkələrinə
Rusiyadan təbii qaz və ucuz Rusiya xam nefti almaq qadağan
edilirdi".
Avropa Komissiyası Rusiyanın "Şimal axını 1" və "Şimal axını 2" qaz
kəmərlərinə məhdudiyyətlərin 18-ci paketə daxil edilməsini,
həmçinin Rusiya neftinin qiymətinin bir barel üçün qiymət həddinin
60 dollardan 45 dollara endirməyi təklif edir. Bundan əlavə,
Rusiyanın kölgə donanmasına aid 80-ə yaxın gəmi də sanksiyalara
məruz qala bilər.
17-ci sanksiyalar paketi mayın 20-də təsdiqlənib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415