Daxili İşlər Nazirliyi (DİN) 15 iyulda Qori bələdiyyəsinin
Xeltubani kəndində baş vermiş insidentlə bağlı bəyanat yayıb.
DİN-in məlumatına görə, daxili işlər nazirliyinin əməkdaşları
xidməti vəzifələrini yerinə yetirərkən bir neçə vətəndaş tərəfindən
fiziki hücuma məruz qalıb. Şida Kartli polis departamentinin
əməkdaşlarına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, üç
polis soyuq silahla yaralanıb və onların hamısı xəstəxanaya
yerləşdirilib.
Nazirliyin
açıqlamasında bildirilir ki, hüquq-mühafizə orqanlarının
əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən bir avtomobili
yoxlamaq üçün saxlayıblar. Məlum olub ki, avtomobili sürücülük
hüququ olmayan yetkinlik yaşına çatmayan şəxs idarə edib və polisə
müqavimət göstərib:
“Daha sonra mübahisəyə yetkinlik yaşına çatmayan şəxsin
atası və onların qohumları da qarışıb. Nəticədə, yetkinlik yaşına
çatmayan və onu müşayiət edən şəxslər hüquq-mühafizə orqanlarının
əməkdaşlarına xəsarət yetiriblər.”
Polis əməkdaşına qarşı qrup halında hücum ittihamı ilə 5 nəfər, o
cümlədən 16 yaşlı yeniyetmə saxlanılıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 353-cü prima
maddəsinin ikinci hissəsi ilə aparılır. Bu maddə 4 ildən 7 ilədək
azadlıqdan məhrumetməni nəzərdə tutur.