2022-ci ilin sentyabrında Məhsa Əmininin polis nəzarətində
ölümündən sonra İran küçələrində
"Qadınlar, Həyat,
Azadlıq" adlı yeni himn yarandı.
Əmini guya hicabı düzgün bağlamadığına görə saxlanmışdı.
Himn ilk dəfə Əmininin doğma şəhəri Saqqızda səsləndi, ölkəyə
sürətlə yayılaraq bir manifestə və etiraz nəğməsinə çevrildi,
kollektiv kədər və müqaviməti gücləndirdi.
Belə bir dönəmdə Tumac Salehi, Şərvin Hacıpur, Saman Yasin kimi
musiqiçilər etiraz hərəkatının nüfuzlu səslərinə çevrildilər. Bu
musiqiçilərin işi təkcə etirazları müşayiət etmədi, həm də onları
hakimiyyəti qorxudan səviyyəyə qaldırdı.
Repressiyadan ikonik şəxsiyyətlər yaranır
Yasin hakimiyyətin təzyiqlərindən sonra siyasi fəal kimi ad
çıxardı. AzadlıqRadiosunun jurnalistləri Məhəmməd Zərqami və Kian
Şərifi yazırlar ki, bu tendensiya repressiyaların ikonik
şəxsiyyətləri yetişdirdiyini göstərir.
Saba Zamaninin
"Dinindən cana gəldim" etiraz
mahnısı sadəliyi və radikal tərzi ilə məşhurlaşıb.
Amma hər şeyin bir bədəli var, azadlıq himnlərinin də.
Hakimiyyət musiqiçiləri hədəfə almağa başladı. Tehranda yaşayan
incəsənət reportyoru Məzdək Əli-Müntəzəri AzadlıqRadiosunun fars
xidmətinə (Radio Fərda) deyib: "Bu mahnıların təsiri olmasaydı,
onları oxuyanlar həbsxanada olmazdılar".
Repressiya isə təkcə kişi deyil, qadın müğənniləri də
əhatələyib.
Etirazlardan öncə sosioloji mövzuda albom buraxmış pop-klassik
musiqiçi Haman Vafri sənətçilərin üzləşdiyi yeni risklərdən
danışır. O deyir ki, təzyiqlər onları bir sual qarşısında qoyur:
"İncəsənətin bədəli çoxmu ağırdır? Geri çəkilim, yoxsa riski qəbul
edərək cəmiyyətə nə baş verdiyini danışım?".
Bütöv bir nəsil mahnı yazıb paylaşır
Amma repressiya həm də etirazlarda musiqinin rolunu yüksəldib.
Vafri musiqidə dramatik dəyişikliyi qeyd edir:
"Musiqi
rok və rep kimi daha kəskin və enerjili janrlara yönəlib. Repə
qulaq asan və öz mahnılarını yazaraq onlayn paylaşan bütöv bir
nəsil peyda olub. Sosial medianın mövcudluğu da əsas
məsələdir".
Rəqəmsal mühit etiraz musiqisini asanlıqla sıradan çıxara bilmir,
çünki onlayn paylaşılan mahnılar sürətlə milyonlara çatır və İran
hökumətinin senzura səylərini çətinləşdirir.
Texas Universitetində Media və Yaxın Şərq Tədqiqatları kafedrasının
dosenti Nahid Siamdust bunu onlayn məkanla bağlayır. İranda musiqi
siyasəti haqqında kitab yazan Siamdust "Radio Fərda"ya deyib:
"Əksər gənc iranlılar hər gün sosial mediada olurlar və
hökumətə məxsus olmayan sosial məkan yaradırlar. İslam
Respublikasının rəsmi hüdudlarından kənar diskurslar bu mahnılarda
normaya çevrilib".
2009-cu ilin "Yaşıl hərəkat" dönəmində isə 1979-cu ilə aid "Meşənin
günəşini qoruyanlar" mahnısının remiksi yayılmışdı.
Vafri deyir ki, əvvəllər etiraz musiqisi
"daha yumşaq, daha
melodik olurdu, çox vaxt xalq ənənələrindən qaynaqlanırdı. Onların
əsasını ümid, birlik və müqavimət hissləri təşkil edirdi".
Bu gün isə
"dövlətin zorakı reaksiyası etiraz mahnılarının
strukturunu dəyişib".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.