Kvemo Kartlidə “Lelo – Güclü Gürcüstan” partiyasından 4 namizəd,
Bolnisi merliyinə və Marneuli Bələdiyyə Məclisinə 3 majoritar
namizəd seçkilərdən çəkiləcəklərini
və “Gürcü Arzusu”nun lehinə namizədliklərini geri götürəcəklərini
açıqlayıblar.
Bolnisi merliyinə namizəd Asəf Çıraqov sentyabrın 22-də “Gürcü
Arzusu”nun lehinə namizədliyini geri götürdüyünü bəyan edib.
Marneulinin üç majoritar dairəsində “Lelo” namizədləri isə
sentyabrın 25-də açıqlama veriblər.
Gürcüstan Mərkəzi Seçki
Komissiyasının mətbuat katibi Natia
İoseliani “Marneuli” radiosuna bildirib ki, namizədlərin qərar
qəbul etmək üçün vaxtı sentyabrın 18-dək idi. Onun sözlərinə görə,
bu mərhələdə seçkidən çəkildiyini və başqasının xeyrinə
namizədliyini geri götürdüyünü açıqlayan şəxslər yenə də seçkilərdə
iştirak edəcəklər. Onların adları bülletenlərdə qalacaq.
“Qanunvericilikdə namizədin irəli sürülməsi ilə bağlı qərar aydın
şəkildə müəyyən edilib. Son müddət sentyabrın 18-dir, yəni
seçkilərə ən geci 16 gün qalmış olmalıdır. Bu müddətdən sonra onlar
bəyanatla çıxış edə və ya Mərkəzi Seçki Komissiyasına müraciət edə
bilərlər. Lakin vəziyyət dəyişməyəcək, çünki yuxarıda qeyd olunan
müddətlər qanunla müəyyən edilib. Bülletenlərin çapı demək olar ki,
başa çatıb və onda hər hansı dəyişiklik etmək mümkün
deyil,” – deyə Natia İoseliani bildirib.
“Lelo – Güclü Gürcüstan”ın Qızılhacılıda majoritar namizədi Qara
Orucov, Birinci Kosalıda Gülməmməd Qasımov, Qullarda Hümbət
Cəlilov, Bolnisidə isə Asəf Çıraqov olub. Adları çəkilən namizədlər
siyasi bəyanatla çıxış ediblər, lakin onların adları hələ də
bülletenlərdə qalacaq və seçicilər onları normal qaydada seçə
biləcəklər.
Bu gün, sentyabrın 26-da “Lelo – Güclü Gürcüstan” partiyasının
lideri Badri Caparidze Marneuliyə gəlib və partiyanın üç majoritar
namizədinin “Gürcü Arzusu”nun lehinə namizədliklərini geri
götürməsi barədə danışıb.
Mətbuata açıqlama verən Badri Caparidze bəyan edib ki, Kvemo
Kartlidə “Lelo – Güclü Gürcüstan” nümayəndələrinin təhlükəsizlik
xidməti və cinayətkar qrupların nümayəndələri tərəfindən
hədələnməsi halları baş verib. O, “Lelo”nun Bolnisi merliyinə
namizədinin və Marneulinin üç majoritar dairəsində namizədlərin
“Gürcü Arzusu” tərəfinə keçməsini məhz hədə-qorxu ilə
əlaqələndirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.