Kaxa Kaladze 4 oktyabr yerli özünüidarəetmə seçkiləri ilə bağlı
Kaya Kallas və Marta Kosanın qiymətləndirməsinə cavab olaraq
bildirib ki, “Avropa İttifaqı maraqlı deyil”.
“Mənim mövqeyim sadədir – nə Kallas, nə də Kosa sizə
kömək etməyəcək, çünki gürcü xalqı sizə dəstək vermir. Avropa
İttifaqı ümumiyyətlə maraqlı deyil, mənim üçün ən vacibi onun ali
təmsilçisi – gürcü xalqıdır. Bir şeyi başa düşməlisiniz, bu ölkənin
sahibi və ağası sıravi vətəndaşlardır, burada gördüyünüz insanlar,
ölkənin əhalisi, yoxsa kənardan kimlərsə deyil. Bunu yaxşı dərk
edin”, – deyə Kaxa Kaladze bildirib.
Avropa İttifaqının ali nümayəndəsi/Avropa Komissiyasının
vitse-prezidenti Kaya Kallas və Aİ-nin genişlənmə məsələləri üzrə
komissarı Marta Kosa Gürcüstanda keçirilən bələdiyyə seçkiləri ilə
bağlı birgə bəyanatla çıxış ediblər və qeyd ediblər ki, “seçkilər
fərqli fikirlərin genişmiqyaslı boğulması şəraitində
keçirilib”.
Onlar həmçinin Gürcüstanda Avropa İttifaqının rolu ilə bağlı
dezinformasiyaları, eləcə də Aİ səfirinə qarşı şəxsi hücumları rədd
edib və pisləyiblər.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.