Vahid Milli Hərəkat Partiyası bəyanat yayıb və bildirib ki, 4 oktyabr aksiyası ilə bağlı saxlanılan şəxslərdən 4-ü onların partiyasının üzvüdür
Vahid Milli Hərəkat Partiyası bəyanat yayıb və bildirib ki, 4 oktyabr aksiyası ilə bağlı saxlanılan şəxslərdən 4-ü onların partiyasının üzvüdür.

Partiyanın bəyanatında deyilir:

“Rejimin məqsədi vətənpərvərləri qorxutmaqdır ki, onlar Gürcüstanı Rusiyanın marionet rejimindən azad etmək uğrunda mübarizəni dayandırsınlar.”

“Rusiyanın marionet rejimi saxta ittihamlarla günahsız vətənpərvərlərin repressiyasını davam etdirir.

Dünən axşam rus cinayətkarları və xainlər rejimi 15 tamamilə günahsız, dinc nümayişçini həbs etdi. Onların arasında ‘Vahid Milli Hərəkat’ın dörd üzvü də var: Aleksandre Xabeişvili, Serqo Meqrelişvili, Abo Naveriani və Kaxa Mjavanadze.

Rejimin məqsədi vətənpərvərləri qorxutmaqdır ki, onlar Gürcüstanı Rusiyanın marionet rejimindən azad etmək uğrunda mübarizəni dayandırsınlar.

Onlar anlamırlar ki, gürcü xalqı heç vaxt rus hakimiyyətinə, cinayətkar dəstənin Gürcüstan üzərində sahiblik etməsinə razı olmayacaq.

Dinc mübarizə davam edəcək və gürcü xalqının qələbəsi ilə başa çatacaq!

Rejimin bütün siyasi məhbuslarına həmrəylik və dəstək!

Yaşasın Gürcüstan!”
— deyə bəyanatda qeyd olunur.

Daxili İşlər Nazirliyinin məlumatına görə 4 oktyabr aksiyası işi üzrə 5 nəfər saxlanılıb — Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridze.

Onlara qarşı “Gürcüstanın konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırış, eləcə də qrup halında zorakılığın təşkili, rəhbərliyi və iştirak” ittihamları irəli sürülüb. Bu cinayətlərə görə 9 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidzenin 6 oktyabr brifinqində bildirdiyinə görə, 4 oktyabr aksiyası ilə bağlı istintaq çərçivəsində

15 iştirakçı müəyyən edilib, onlardan 13-ü ilkin mərhələdə saxlanılıb.

2 nəfər isə hələ də gizlənməkdədir.

Mənbə: Tabula


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google