“Gürcü Arzusu” partiyasının Daxili İşlər nazirinin müavini
Aleksandre Daraxvelidzenin sözlərinə görə,
artıq 4 oktyabr hadisəsində “cinayətdə iştirak edən” 15 nəfər
müəyyən olunub, onlardan 13 nəfər saxlanılıb, 2 nəfərin axtarışı
isə davam edir.
“İstintaq çərçivəsində ilk mərhələdə hüquq-mühafizə
orqanları tərəfindən cinayətdə iştirak edən 15 nəfər müəyyən
edilib, onlardan 13 nəfər məhkəmənin qərarı ilə saxlanılıb.
Bunlar: T.M., A.N., D.J., B.M., A.Q., E.Ş., Q.R., V.F., D.S., M.M.,
A.X., K.M. və S.M.-dir,” – deyə Daraxvelidze
bildirib.
İstintaq Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə aparılır:
- • 317-ci maddə – Gürcüstanın konstitusiya quruluşunun
zorakı yolla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin
devrilməsinə çağırış;
- • 225-ci maddə – Qrup halında zorakılığın təşkili,
rəhbərliyi və ya ona qatılma;
- • 222-ci maddə – Televiziya, rabitə və ya strateji
əhəmiyyətli obyektlərin ələ keçirilməsi və ya
bloklanması;
- • 187-ci maddə – Əmlakın zədələnməsi və ya məhv
edilməsi.
4 oktyabr aksiyasının gedişi
4 oktyabrda Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirilib.
Təxminən saat 19:00-da Azadlıq Meydanında qurulan səhnədən Paata
Burçuladze elan edib:
“Bu andan etibarən hakimiyyət xalqa
məxsusdur.”
“Vahid Milli Hərəkat” üzvü Murtaz Zodelava isə meydandakı
vətəndaşları prezidentin iqamətgahına yürüş etməyə çağırıb:
“Artıq boş aksiyalar bəsdir, Bidzinanın quluna
çevrilmək bəsdir! Hamınızı kişi kimi davranmağa çağırıram. Xanımlar
burada qalın, dağılmayın. Gürcüstan, bizə qoşulun! Biz Barataşvili
tərəfdən çıxacağıq və prezident sarayının açarlarını ələ alacağıq.
Bu, ilk addım olacaq.”
Zodelavanın bu çağırışından bir neçə dəqiqə sonra etirazçıların bir
hissəsi Atonele küçəsində, Prezident Administrasiyasının qarşısına
yığışıb.
Etirazçılardan bəziləri iqamətgahın darvazasını və hasarını
dağıdaraq həyətə daxil olublar. Qısa müddət sonra orada xüsusi
təyinatlı qüvvələr peyda olub. Onlar nümayişçiləri bibər qazı, su
şırnağı və gözyaşardıcı qaz vasitəsilə dağıdıblar, həmçinin “qaz
kapsulları” da tətbiq olunub.
Aksiya 16:00-da başlamalı idi. Bir neçə saat öncə Paata Burçuladze
“4 oktyabr təşkilat komitəsinin” üzvlərini elan
etmişdi:
Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata
Mancqaladze və Laşa Beridze.
Bu nümayişə hazırlıq təxminən iki ay davam edib.
“Vahid
Milli Hərəkat”ın liderlərindən Levan Xabeişvili bəyan etmişdi ki,
“4 oktyabrda inqilab baş verəcək.”
Xabeişvili 13 sentyabrda həbs olunmuşdu. Aksiyanın şüarları bunlar
idi:
“4-də başlayırıq, 4-də bitiririk” və “Sülh yolu ilə
çevriliş”.
4–5 oktyabr gecəsi aksiyanın təşkilat komitəsinin bütün beş üzvü
saxlanılıb.
İttihamlar
Prokurorluğun məlumatına görə,
Zodelava, Burçuladze, Nadiradze və Laşa Beridze prezidentin
administrasiyasının həyətinə daxil olanlar arasında olub.
- Murtaz Zodelava, Paata Burçuladze və İrakli Nadiradze –
üç maddə ilə ittiham olunur:
1. 19-222-ci maddə, 2-ci hissə, “a” bəndi – Strateji və xüsusi
əhəmiyyətli obyektləri ələ keçirməyə və bloklamağa cəhd, qrup
halında törədildikdə;
2. 225-ci maddə, 1-ci hissə – Qrup halında zorakılığın təşkili və
rəhbərliyi;
3. 317-ci maddə – Gürcüstanın konstitusiya quruluşunun zorakı yolla
dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə
çağırış.
- Laşa Beridze – iki maddə ilə ittiham
olunur:
1. 19-222-ci maddə, 2-ci hissə, “a” bəndi (qeyd edilən eyni
məzmunlu cəhd);
2. 225-ci maddə, 1-ci hissə.
- Paata Manjqaladze – 225-ci maddə, 1-ci hissə (qrup
halında zorakılığın təşkili).
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.