Parlamentin Hüquq Məsələləri üzrə Komitəsinin sədri Arçil
Qorduladzenin bildirdiyinə görə,
“Gürcü Arzusu” Konstitusiya Məhkəməsinə təqdim ediləcək iddiada
siyasi fəaliyyəti məhdudlaşdırılmalı şəxslərin siyahısına
qeyri-partiyalı şəxsləri də daxil edəcək.
O, 15 oktyabrda komitənin iclasında açıqlayıb ki, siyahıya o
şəxslər də daxil ola bilər ki, onlar həmin müxalif siyasi
partiyanın üzvləri olmasalar da, partiyanın məqsədləri ilə üst-üstə
düşə bilərlər.
Qorduladzenin
sözlərinə görə, bu “şəxslərin siyahısı
əsaslandırılmış olacaq – konkret şəxs hansı fəaliyyətə qatılıb və
müəyyən partiyanın konstitusiyaya zidd hərəkətlərinə necə dəstək
verib” kimi açıqlanacaq.
O qeyd edib ki, qərarı məhkəmə iddiaçının təqdim etdiyi sübutlar
əsasında “hər bir şəxs üçün ayrıca, kollektiv olaraq deyil” qəbul
edəcək.
“Qanunda göstərilir ki, kimlər bu şəxslər olmalıdır –
bunlar üzvlər, idarəetmə orqanlarının nümayəndələri və ya partiya
üzvləri olmayaraq da partiyanın məqsədinə uyğun fəaliyyət göstərən
şəxslər ola bilər. Belə şəxslərin də siyasi fəaliyyətinə qadağa
qoyulacaq,” – deyə Qorduladze əlavə edib. O,
vurğulayıb ki, “qadağa və ya siyasi fəaliyyətin məhdudlaşdırılması
qərarı rəqabət prinsipi əsasında olacaq” və təqdim olunan sübutlar
digər tərəf tərəfindən rədd edilə bilər.
Lakin o bildirib ki, “iddia sübutlarla o qədər əsaslandırılıb ki,
hər bir şəxsin və partiyanın “Kollektiv Milli Hərəkat” ilə əlaqəsi
açıqdır, buna görə Konstitusiya Məhkəməsi yüksək ehtimalla müsbət
qərar qəbul edəcək və iddianı təmin edəcək.”
Hakim partiya “Gürcü Arzusu” konkret siyasi partiyanın qadağasına
əsas olacaq Konstitusiya iddiasını hazırlayır. “Milli Hərəkət”
partiyasından əlavə, digər partiyalar da qadağaya məruz qala bilər,
siyasi fəaliyyəti məhdudlaşdırılacaq siyasətçilər isə “Kollektiv
Milli Hərəkat” ilə əlaqələndirilmiş hesab edilən şəxslərdir.
Bu qrupun qadağanı “Gürcü Arzusu”nun 2024-cü il oktyabr parlament
seçkiləri öncəsi vəd siyahısında da yer alıb və bir neçə dəfə
təkrarlanıb.
“Gürcü Arzusu”nun liderləri bildirir ki, rəqiblərin qadağanına
hazırdırlar – əsas kimi mübahisəli Parlamentin müvəqqəti araşdırma
komissiyasının [“Tsulukiani komissiyası”] nəticəsini istifadə
edəcəklər və Konstitusiya Məhkəməsinə təqdim ediləcək iddia artıq
demək olar ki, hazırdır. Lakin siyasətçilərin siyasi gələcəyini
məhdudlaşdırmaq üçün Konstitusiya Məhkəməsi haqqında qanuna
dəyişiklik etmək lazım olacaq.
Qanuna ediləcək dəyişikliklər mübahisəli Parlamentin Hüquq Komitəsi
tərəfindən ilkin oxunuşda dəstəklənib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.