Rusiya YUKOS-un səhmdarlarına 50 milyard dollar ödəməli olacaq
Niderlandın Ali Məhkəməsi Moskvanın YUKOS neft şirkətinin keçmiş səhmdarlarına təxminən 50 milyard dollar ödənilməsi ilə bağlı kassasiya şikayətini rədd edib. Məhkəmənin mətbuat xidməti oktyabrın 17-də bu barədə açıqlama yayıb.

Rusiya Haaqadakı Arbitraj Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət vermişdi. Bu məhkəmə 2014-cü ildə YUKOS-un səhmdarlarının xeyrinə qərar çıxarıb.

2014-cü ilin arbitraj qərarları– Rusiyanın "Hulley Enterprises Ltd.", "Veteran Petroleum

Ltd." və "Yukos Universal Ltd." (HVY) şirkətlərinə 50 milyard dollar ödəmək öhdəliyi qüvvədə saxlanılıb.

Haaqadakı Arbitraj Məhkəməsi Moskvanın YUKOS-un iflasına səbəb olan hərəkətlərlə beynəlxalq öhdəliklərini pozması qərarına gəlib. Moskva isə bu qərarı mübahisələndirib. İş bir dəfə Niderland Ali Məhkəməsinə verilib, məhkəmə işi Amsterdam Apellyasiya Məhkəməsinə geri qaytarmışdı. 2024-cü ilin fevralında həmin məhkəmə yenidən keçmiş YUKOS səhmdarlarının xeyrinə qərar çıxarıb. İndi isə bu hökmü Ali Məhkəmə təsdiqləyib.

Əsas səhmdarları Mixail Xodorkovski və Leonid Nevzlin olan YUKOS 2000-ci illərin əvvəllərində Rusiyanın ən böyük neft şirkəti olub. 2006-cı ildə şirkət iflas edib, çünki onun əsas qurucusu Xodorkovski mənimsəmə və vergidən yayınma ilə bağlı cinayət işi üzrə təqsirləndirilib. İşadamı bu təqibləri siyasi motivli hesab edib. Şirkətin böyük hissəsi dövlət nəzarətində olan qurumlara keçib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google