Magistral yolda quraşdırılmış qoruyucu baryerlərin dirəkləri sökülərək oğurlanıb (VİDEO/FOTO)
Tsereteli-Mirzoevka-Böyük Muğanlı-Kosalı magistral yolununun 5 və 6-cı kilometrliyində quraşdırılmış qoruyucu baryerlərin dirəkləri yenidən sökülərək oğurlanıb. Hadisə kəndlərin əkin sahəsinin suvarılması üçün su kanalı keçən ərazidə qeydə alınıb.

Magistral yolun yenidən qurulmasından sonra yol boyu yol hərəkət nişanları və su kanlının keçdiyi ərazilərdə qoruyucu baryerlər qurlaşdırılmışdı. Sözügedən magistral yol Marneuli ilə yeddi kəndi birləşdirən yeganə əsas yoldur. Həmin

ərazidə 2017-ci ildə də oğurluq hadisəsi olmuşdu. O zaman Nəqliyyat Yol Departamenti "Marneuli" radiosunun məlumatı əsasında oğurlanan dirəkləri yenisi ilə əvəz etmişdi.



Xatırladaq ki, həmin yol 2015-ci ildə yenidən bərpa olunaraq əhalinin istifadəsinə verilib. Magistral yolun yenidən qurulmasına 2015-ci ildə dövlət büdcəsindən 7 milyon 750 min lari ayrılıb.
Mövzu ilə bağlı digər xəbərlər:

Yol baryerlərinin yoxa çıxması haqqında Nəqliyyat Yol Departamentinin məlumatı yoxdur

Yol baryerlərinin yoxa çıxması haqqında Nəqliyyat Yol Departamentindən məsələni araşdıracaqlarını bildirdilər

Oğurlanan yol baryerləri yenisi ilə əvəz olunur


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
FaceBook Twitter Google