Aksiya iştirakçılarının polis tərəfindən döyülməsi ilə bağlı istintaqa başlanılıb
Bu gün, 13 may tarixində Xüsusi İstintaq Xidməti tərəfindən
qanunverici orqan
qarşısında keçirilən aksiya iştirakçılarına qarşı hüquq-mühafizə
orqanları əməkdaşları tərəfindən güc tətbiq edilməsi faktları ilə
bağlı istintaqa başlanılıb.
Video görüntülərdə polisin həm saxlama zamanı, həm də sonra,
iştirakçıların əlinin bağlaması və ya yerdə sürüklənməsi,
etirazçılara qarşı zorakılıq nümayiş etdirdiyi görünür. Polislər
bir neçə etirazçını təpikləyib, başlarına yumruqla zərbələr
endiriblər. İstintaq Xidmətinin məlumatına görə, Gürcüstan Cinayət
Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsinin “b” bəndində
nəzərdə tutulmuş cinayət əlamətləri ilə istintaq başlanılıb.
Həmin maddə zorakılıq və ya silahdan istifadə etməklə vəzifə
səlahiyyətlərinin aşılmasını nəzərdə tutur. Törədilmiş cinayətə
görə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə, üç il
müddətinə vəzifə tutma və ya işləmə hüququndan məhrumetmə cəzası
nəzərdə tutulur.