Marneuli bələdiyyəsinin Tsereteli-Norquli-Böyük
Muğanlı-Kosalı yolunun 5-ci və 6-cı kilometrliyində yol
çöküb.
Çökmə həmin ərazidən hərəkət edən nəqliyyat vasitələrinin
hərəkətini çətinləşdirir və sürücülərin təhlükəsizliyi üçün risk
yaradır.
“Marneuli” radiosuna danışan sürücülər bildirirlər ki, bu yoldan
istifadə edərkən tez-tez təhlükəli vəziyyətlə üzləşirlər. Onlar
aidiyyəti qurumlardan yolun təcili təmir olunmasını tələb edirlər.
Sürücülərin fikrincə, problemin vaxtında aradan qaldırılmaması həm
nəqliyyat vasitələrinə, həm
də insanların təhlükəsizliyinə ciddi
ziyan vura bilər.
Yolun çökməsi məhz kəndlərin əkin sahələrinin suvarılması üçün
istifadə olunan su kanalının keçdiyi ərazidə qeydə alınıb.
Sözügedən magistral yol Marneulini yeddi kəndlə birləşdirən yeganə
yoldur.
“Marneuli” radiosu Avtomobil Yolları Departamenti ilə əlaqə
saxladı. İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirildi ki, məsələ
ilə bağlı məlumatları var və yolun təmirini planlaşdırırlar. Nə
vaxt təmir olunacağı isə hələ məlum deyil. Onlar həmçinin qeyd
etdilər ki, yolun təmir olunması ilə bağlı müvafiq qurumlara
məlumat veriblər.
Xatırladaq ki, bu yol 2015-ci ildə dövlət büdcəsinin vəsaiti
hesabına yenidən qurularaq istifadəyə verilmişdi. Layihəyə büdcədən
7 milyon 750 min lari ayrılmışdı.
Mövzu ilə bağlı digər xəbərlər:
Magistral yolda quraşdırılmış
qoruyucu baryerlərin dirəkləri sökülərək oğurlanıb
(VİDEO/FOTO)
Yol baryerlərinin yoxa çıxması haqqında Nəqliyyat Yol
Departamentinin məlumatı yoxdur
Yol baryerlərinin yoxa çıxması haqqında Nəqliyyat Yol
Departamentindən məsələni araşdıracaqlarını bildirdilər
Oğurlanan yol baryerləri yenisi
ilə əvəz olunur
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.