Marneuli şəhərinin Rustaveli küçəsində su təchizatı sisteminin
bərpası çərçivəsində oktyabrın 23-dən küçələrin bir hissəsi
bağlanacaq,
işlər 6 zonaya bölünəcək və küçələr mərhələli şəkildə bağlanacaq.
Marneuli meriyasından verilən məlumata görə, işlər dekabrın 30-dək
davam edəcək.
- Zona 1: Səməd Vurğun dairəsindən Tağaişvili küçəsinin
döngəsinə qədər 23 oktyabr (səhər saat 7-dən) – 3 noyabr (12
gün)
- Zona 2: Tağaişvili küçəsinin döngəsindən Mazniaşvili
küçəsinin döngəsinə qədər 4 noyabr – 16 noyabr (13
gün)
- Zona 3: Mazniaşvili küçəsinin döngəsindən Qamsaxurdia
küçəsinin döngəsinə qədər 16 noyabr – 27 noyabr (12
gün)
- Zona 4: Qamsaxurdia küçəsinin döngəsindən bazar
dairəsinə qədər 28 noyabr – 9 dekabr (12 gün)
- Zona 5: Bazar dairəsindən Rustaveli körpüsünə qədər 9
dekabr – 19 dekabr (11 gün)
- Zona 6: Rustaveli körpüsündən Ədliyyə Evinə qədər 19
dekabr – 30 dekabr (12 gün)
Rustaveli küçəsində avtomobillərin birtərəfli hərəkətinə icazə
veriləcək. (Səməd Vurğun dairəsindən bazara.)
İşlər Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti və Asiya İnkişaf
Bankının sifarişi ilə Çin Geo-Mühəndislik Korporasiyası MMC
tərəfindən həyata keçirilir.
Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkətinin təşkilati dəstək və
kommunikasiya şöbəsinin rəhbəri Elene Kavsadzenin “Marneuli”
radiosuna verdiyi məlumata görə, iş zamanı suyun verilməsində
uzunmüddətli məhdudiyyət olmayacaq. Əhalinin içməli su təchizatı
yalnız boruların birləşdirilməsinin son mərhələsi başlayanda
kəsiləcək.
"Yalnız konkret küçədə filialların yeni boruya
qoşulması işləri aparıldıqda suyun verilməsində məhdudiyyətlər
olacaq. Təbii ki, bu proseslə bağlı əhaliyə əvvəlcədən SMS
vasitəsilə məlumat veriləcək. Uzunmüddətli fasilə olmayacaq, sadəcə
müəyyən olunmuş vaxtda qoşulma
dayandırılacaq".
Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkətinin nümayəndəsinin
sözlərinə görə, Marneulidə işlərin başa çatdırılması üçün təxmini
müddət iki aydır, lakin bu ətraf mühitdən və iqlim şəraitindən də
asılı olacaq.
"Biz işin başa çatdırılması üçün iki aylıq müddət
müəyyən etmişik, lakin işin müddətinə təsir edə biləcək iqlim və
ekoloji şəraiti nəzərə almaq lazımdır. Bizim ehtimalımıza görə,
şərait imkan verərsə, işlər iki aya yekunlaşacaq", –
Elene Kavsadze bizə bildirib.
Marneuli və onun kəndlərinin su təchizatı və kanalizasiya layihəsi
2019-cu ildə başlayıb. Layihə çərçivəsində yollar qazılıb,
infrastruktur zədələnib, ictimai nəqliyyata və şəxsi avtomobillərə
ziyan dəyib. İlkin olaraq, “Akelik Group” şirkəti layihəni 2021-ci
ilin mart ayına qədər başa çatdırmalı idi, lakin şirkət
öhdəliklərini yerinə yetirə bilmədi və bu səbəbdən 55 940 022
dollar dəyərindəki layihə dayandırıldı.
Su təchizatı şirkəti Türkiyə və Çin şirkətləri ilə yeni müqavilə
imzalayıb. İşlər China Geo-Engineering Corporation (CGC) və POLAT
Yol Yapı Sanayi ve Ticaret Anonim Sirketi tərəfindən həyata
keçirilir.
Layihəyə Asiya İnkişaf Bankının dəstəyi ilə 135 milyon laridən
artıq vəsait xərclənəcək. Onun tərkibində yeni su təchizatı
şəbəkəsi, nasos stansiyası, su anbarları, yeni kanalizasiya
şəbəkəsi, müasir standartlara cavab verən təmizləyici qurğu
tikilir.
Layihə başa çatdıqdan sonra Marneuli əhalisi 24 saat su təchizatı
və yeni kanalizasiya infrastrukturu ilə təmin edilməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.