Marneulidə küçələr su təchizatı layihəsi çərçivəsində bağlanacaq – Xəritə
Oktyabrın 23-də Marneulidə bir sıra küçələr bağlanıb. Yerli hökumətin məlumatına görə, su təchizatı sisteminin bərpası çərçivəsində iki ay ərzində bir neçə küçə mərhələli şəkildə bağlanacaq.

Rustaveli küçəsində nəqliyyat vasitələrinin birtərəfli hərəkətinə icazə veriləcək (Səməd Vurğun dairəsindən bazar istiqamətinə doğru).

Biz sizə bağlanacaq ərazilərin tarixlərini və iş üçün nəzərdə tutulan vaxt çərçivələrini xəritədə göstərərək təqdim edəcəyik:

  • Zona

    1: Səməd Vurğun dairəsindən Tağaişvili küçəsinin döngəsinə qədər 23 oktyabr (səhər saat 7-dən) – 3 noyabr (12 gün)
  • Zona 2: Tağaişvili küçəsinin döngəsindən Mazniaşvili küçəsinin döngəsinə qədər 4 noyabr – 16 noyabr (13 gün)
  • Zona 3: Mazniaşvili küçəsinin döngəsindən Qamsaxurdiya küçəsinin döngəsinə qədər 16 noyabr – 27 noyabr (12 gün)
  • Zona 4: Qamsaxurdiya küçəsinin döngəsindən bazar dairəsinə qədər 28 noyabr – 9 dekabr (12 gün)
  • Zona 5: Bazar dairəsindən Rustaveli körpüsünə qədər 9 dekabr – 19 dekabr (11 gün)
  • Zona 6: Rustaveli körpüsündən Ədliyyə Evinə qədər 19 dekabr – 30 dekabr (12 gün)
Marneuli şəhəri və kəndlərinin su təchizatı və kanalizasiya layihəsinə 2019-cu ildə başlanılıb. Layihə çərçivəsində yollar qazılıb, infrastruktur köhnəlib, ictimai nəqliyyata və şəxsi avtomobillərə ziyan dəyib. İlkin plana əsasən, “Akelik Group” şirkəti layihəni 2021-ci ilin mart ayına qədər başa çatdırmalı idi. Lakin şirkət öhdəliklərini yerinə yetirə bilmədiyinə görə, 55 940 022 dollarlıq layihə dayandırılıb və bu günə qədər gecikir.

Daha ətraflı: Oktyabrın 23-dən Marneuli küçələrinin bir hissəsi bağlanacaq – 2 aya kimi bərpa işləri gözlənilir


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google