Marneuli yerli özünüidarəsi Tsopi kəndində su təchizatı
sisteminin qurulmasını planlaşdırır.
Meriyanın elan etdiyi tenderə əsasən, kənddə yeni quyunun qazılması
və 5 kubmetr tutumu olan su toplama kamerasının tikintisi nəzərdə
tutulub.
“Su kəməri magistralı polietilen borularla çəkiləcək;
su paylayıcı şəbəkənin qurulması, əhalinin şəbəkəyə qoşulması,
həmçinin 2 ədəd yanğın hidrantının quraşdırılması nəzərdə tutulub.
Kəndin layihə əhatə etdiyi hissəsində 230 ailə, təxminən 700 sakin
yaşayır”, - layihə təklifində qeyd olunur.
Tender sənədlərinə görə, Tsopi kəndində su təchizatı sisteminin
qurulmasına 1 003 015 lari xərclənməsi planlaşdırılır. İşlər üçün
nəzərdə tutulan vəsaitin 95%-i dövlət büdcəsindən, 5%-i isə yerli
özünüidarə büdcəsindən maliyyələşdiriləcək.
Şirkətlər Tsopi kəndində su təchizatı sisteminin qurulması işləri
üzrə tenderdə mayın 1-dən 6-na qədər iştirak edə bilərlər. Qalib
şirkət işləri müqavilə imzalandığından 210 gün ərzində başa
çatdırmalıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.