Marneulidə su və kanalizasiya infrastrukturunun bərpası
işlərinin başa çatması sentyabra qədər təxirə salındı.
Başa çatdırılma tarixi ilə bağlı dəfələrlə il və aylar açıqlanan
layihə hələ də davam edir.
Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkətindən "Marneuli" radiosuna
verilən məlumata görə, müqavilənin müddəti ikinci rübün sonuna
qədər uzadılıb, daha sonra isə qüsurların aradan qaldırılması
mərhələsi başlayacaq və layihə
üçüncü rübün sonunda
yekunlaşacaq.
Marneuli şəhəri və ətraf kəndlərdə su təchizatı və kanalizasiya
layihəsinə 2019-cu ildə başlanılıb. Layihə çərçivəsində yollar
qazılıb, infrastruktur sıradan çıxıb, ictimai nəqliyyata və şəxsi
avtomobillərə ziyan dəyib. İlkin plana əsasən, "Akelik Group"
şirkəti layihəni 2021-ci ilin martına qədər tamamlamalı idi, lakin
şirkət öhdəliklərini yerinə yetirə bilmədiyi üçün 55 940 022 dollar
dəyərindəki layihə dayandırılmışdı.
Su Təchizatı Şirkəti yeni müqaviləni Türkiyə və Çin şirkətləri ilə
imzalayıb. Hazırda işləri "China Geo-Engineering Corporation" (CGC)
və "POLAT Yol Yapi Sanayi ve Ticaret Anonim Şirketi" həyata
keçirir.
Asiya İnkişaf Bankının dəstəyi ilə icra olunan layihəyə 135 milyon
laridən çox vəsait sərf olunacaq. Layihə çərçivəsində yeni su
təchizatı şəbəkəsi, nasos stansiyası, rezervuarlar, yeni
kanalizasiya şəbəkəsi və müasir standartlara uyğun təmizləyici
qurğu inşa edilir.
Layihə başa çatdıqdan sonra Marneuli əhalisi 24 saatlıq su
təchizatı və yeni kanalizasiya infrastrukturu ilə təmin
olunmalıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.