"Mamedqaz"ın rəhbəri 100 000 lari girov müqabilində azadlığa buraxılıb
Axtarışda olan şəxs qismində saxlanılan "Mamedqaz"ın rəhbəri Nəriman Allahverdiyev girov qarşılığında azadlığa buraxılıb.
Oktyabrın 7-də keçirilən məhkəmə iclasında onun həbsdə saxlanılması məsələsinə baxılıb, bundan sonra o, məhkəmə zalından azad edilib.

Allahverdiyevin vəkili Rövşən Ziyadəliyevin bildirdiyinə görə, müdafiə tərəfinin mövqeyinə əsasən, təqsirləndirilən şəxsin məhkəmə prosesindən yayınması, yeni cinayət törətməsi və ya sübutlara müdaxilə etməsi üçün əsasların olmaması

faktı nəzərə alınıb.

Nəriman Allahverdiyev 100 000 lari məbləğində girov qarşılığında azadlığa buraxılıb və məhkəmə məbləğin ödənilməsi üçün bir həftə vaxt verib. Növbəti məhkəmə iclası oktyabrın 21-də Rustavi Şəhər Məhkəməsində keçiriləcək.

"Mamedqaz"ın rəhbəri avqustun 20-də maliyyə mübahisəsi üzrə məhkəməyə gəlmədiyi üçün saxlanılmışdı.

Qeyd edək ki, bir neçə ay əvvəl "Mamedqaz" MMC ilə Gürcüstan Milli Enerji və Su Təchizatını Tənzimləyən Komissiya (SEMEK) arasında yaranmış maliyyə fikir ayrılığı səbəbindən əhaliyə təbii qazın verilməsi məhdudlaşdırılmışdı. "Marneuli" radiosu bu mövzuda dəfələrlə material hazırlayıb.

Mübahisənin əsas səbəbi qaz tarifi olub. "Mamedqaz" istehlakçılardan SEMEK tərəfindən müəyyən edilmiş 47 tetrilik tarifdən baha – 57 tetri tələb edirdi, buna görə tərəflər razılığa gələ bilməmişdilər. İyulun 30-da "Socar" şirkəti məlumat yaydı ki, Qızılhacılıda "Mamed"in təbii qaz paylanması lisenziyası ləğv edilib.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.






Print ელ. ფოსტა
FaceBook Twitter Google