NATO günləri çərçivəsində baş nazirinin müavini Marneuli meriyasında görüş keçirəcək
NATO günləri çərçivəsində bu gün, 17 aprel tarixində Gürcüstanın baş nazirinin müavini, Xarici İşlər Naziri Mixeil Canelidze Marneuli meriyasında Kvemo Kartli özünüidarəetmə nümayəndələri və başqa maraqlanan şəxslərlə görüş keçirib. Görüşdə əsasən Gürcüstanın Avroatlantik məkana inteqrasiyasının gedişatına və tərəqqiyə diqqət çəkilib. Xarici İşlər Nazirliyinin məlumat məktubunda yazıldığına görə, bu il NATO günləri əsasən Gürcüstanın bölgələrində qeyd olunacaq və əhalinin məlumatlanması üçün bir çox tədbir həyata keçiriblər.

Biz Marneuli küçələrində sorğu keçirdik və əhalinin NATO haqqında, NATO-nun bizim üçün niyə vacib olması haqqında fikirləri ilə maraqlandıq.

Qeyd edək ki, Gürcüstanın Baş Naziri Qiorqi Kvirikaşvili 2018-ci ili dialoq ili elan edib və hakimiyyət nümayəndələrini xalqla, xüsusilə də bölgələrdə yaşayan əhali ilə dialoqa çağırıb.

NATO günləri 11-ci dəfə qeyd olunur və 16 apreldən 1 may tarixinə qədər davam edir. Gürcüstanda tədbirlər “NATO və Avropa İttifaqı Haqqında Məlumat Mərkəzi”-nin təşkilatçılığı ilə, Xarici İşlər Nazirliyi, NATO-nun Gürcüstandakı əlaqələndirici ofisi və Bolqarıstanın Gürcüstandakı səfirliyinin (NATO ilə əlaqə üçün səfirlik) dəstəyi ilə həyata keçirilir.

"Marneuli" Radiosu
Print