Marneuli
Güclü yağış nəticəsində evini su basmış 8 nəfərlik ailə meriyadan kömək gözləyir
Marneulidə 2 iyun tarixində yağan güclü yağış nəticəsində 5 küçənin sakinlərinə ziyan dəymişdir. Yağlıca yüksəkliklərindən axan güclü sel Marneulinin Vaja Pşavela, Ağmaşenebeli, Yağlıca, Sulxan Saba, Leselidze və Kobuleti küçələrinin sakinlərinin evlərini və zirzəmilərini basıb.

Ağmaşenebeli küçəsi 25 ünvanında yaşayan Zeynalovlar ailəsi də daşqından əziyyət çəkən ailələrdən biridir. Kiçik və iki otaqlı evdə yaşayan 8 nəfərlik ailənin evlərində olan bütün əşyalar su altında qalıb. Orada olduğmuz zaman evin daxilində çəkiliş aparmaq istədik. Uzunboğaz rezin çəkmə geymədən evin içində hərəkət etmək mümkün deyildi.

Zeynalovlar ailəsinin üzvü 68 yaşlı Bənövşənin sözlərinə görə,evlərini özləri təmizləməyə çalışırlar. Onu da qeyd edirlər ki, onların vəziyyəti ilə hələ ki, heç kəs maraqlanmayıb.



Zeynalovlar ailəsinin sözlərinə görə ötən gün Marneuli meri Temur Abazovla və parlamentin deputatı Ruslan Hacıyevlə görüşüblər. Onlar söz veriblər ki, onlara kömək göstəriləcək. Amma onlara nə zaman kömək göstəriləcəyi məlum deyil.

Xatırladaq ki, bələdiyyədə dəyən ziyanın hesablanması üçün xüsusi komissiya artıq yaradılıb. Komissiyaya Marneuli meri Temur Abazov rəhbərlik edir.

Marneuli bələdiyyəsindən verilən məlumata görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yaradılmış qrupun tərkibinə merin müavinləri, bələdiyyə məclisinin üzvləri və struktur vahidlərin nümayəndələri daxildirlər. Qrupun yaradılmasında məqsəd zərərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsidir.




FaceBook Twitter Google
მსგავსი სიახლეები
Marneuli İctimai Kitabxanasının yeni əməkdaşı
var.

Marneuli İctimai Kitabxanasının yeni əməkdaşı var.

Bu
gün, 23 iyul tarixində Sadaxlı inzibati ərazi vahidliyində
mal-qaranın tələf olması halı qeydə alınıb. “Marneuli” radiosu
hadisə yerində olub. Əhali mal-qaranın tələf olmasına zəhərlənmənin
səbəb olduğunu güman edirlər.
Bu gün, 23 iyul tarixində Sadaxlı inzibati ərazi vahidliyində mal-qaranın tələf olması halı qeydə alınıb. “Marneuli” radiosu hadisə yerində olub. Əhali mal-qaranın tələf olmasına zəhərlənmənin səbəb olduğunu güman edirlər.
Bu gün, 22 iyul tarixində Marneuli Mülki
Məşğulluq Mərkəzində yeni “Effektiv sosial proqramların
planlaşdırılması üçün təbliğat” layihəsinin təqdimatı
keçirildi.

Bu gün, 22 iyul tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində yeni “Effektiv sosial proqramların planlaşdırılması üçün təbliğat” layihəsinin təqdimatı keçirildi.

Bu
gün, 21 iyul tarixində Marneuli-Sadaxlı magistral yolunda yol
nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı Ermənistan dövlət nömrə
nişanlı
Bu gün, 21 iyul tarixində Marneuli-Sadaxlı magistral yolunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı Ermənistan dövlət nömrə nişanlı "Wolksvagen" markalı avtomobil Gürcüstan nömrə nişanlı "Opel" markalı avtomobillə toqquşub.
25
iyul tarixində, Marneuli Mədəniyyət evində saat 18:00-da Marneulili
müğənni Şaban Məmmədovun təşəbbüsü ilə Samir Durmuşova dəstək üçün
xeyriyyə konserti keçiriləcək.
25 iyul tarixində, Marneuli Mədəniyyət evində saat 18:00-da Marneulili müğənni Şaban Məmmədovun təşəbbüsü ilə Samir Durmuşova dəstək üçün xeyriyyə konserti keçiriləcək.
18 iyul tarixində Marneuli meriyasında gender
büdcəsinin yaradılmasını müzakirə ediblər.

18 iyul tarixində Marneuli meriyasında gender büdcəsinin yaradılmasını müzakirə ediblər.

Marneulili müğənni Şaban Məmmədov 15 iyul
tarixində Kobuleti şəhərində keçirilən
Marneulili müğənni Şaban Məmmədov 15 iyul tarixində Kobuleti şəhərində keçirilən "Orange Festivals Kobuleti" adlı festivalında 1-ci yerin qalibi olaraq "Festivalın ulduzu" adına layiq görülüb.
25
yaşlı Samir Durmuşov Qızılhacılı kəndində yaşayır. O, 3 ildir ki,
böyrək çatışmazlığından əziyyət çəkir. S.Durmuşova böyrək
köçürülməsi üçün 70 000 dollar məbləğində pul lazımdır və xarici
ölkədə əməliyyat olunmalıdır. Lakin onun bu məbləği ödəməyə imkanı
yoxdur.
25 yaşlı Samir Durmuşov Qızılhacılı kəndində yaşayır. O, 3 ildir ki, böyrək çatışmazlığından əziyyət çəkir. S.Durmuşova böyrək köçürülməsi üçün 70 000 dollar məbləğində pul lazımdır və xarici ölkədə əməliyyat olunmalıdır. Lakin onun bu məbləği ödəməyə imkanı yoxdur.