Xəbərlər
Marneulidə 4 narkotik alverçisi saxlanılıb
Son bir həftə ərzində Daxili İşlər Nazirliyi 5 narkotik alverçisini saxlayıb. Bu barədə Mərkəzi Cinayət Polisi Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbəri Mamuka Çelidze məlumat verib. Çelidze qeyd edib ki, Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biri narkotik vasitələrin qanunsuz dövriyyəsi və yayılması ilə fəal və güzəştsiz mübarizə aparmaqdır.

“Son bir həftə ərzində 5 narkotik alverçisi saxlanılıb, külli miqdarda müxtəlif narkotik vasitə müsadirə olunub. Kvemo Kartli Polis İdarəsinin Xüsusi Tapşırıqlar Departamenti və Kvemo Kartli Dairə Prokurorluğunun əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Marneulidə külli miqdarda narkotik vasitənin əldə edilməsi-saxlanılması ittihamı ilə 4 nəfər saxlanılıb.

Hakimin qərarı ilə həbs olunmuş 4 nəfərdən üçün əvvəllər də narkotik cinayətləri ilə bağlı mühakimə olunub. Onlar tərəfindən törədilmiş cinayət üçün 7 ildən 14 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub. İstintaq nəticəsində aydın olub ki, müttəhimlər sistematik olaraq narkotik vasitə satırlarmış. Polis həmin dörd nəfərin qeyri qanuni satdığı heroin narkotik vasitəsini maddi sübut kimi götürüblər. Saxlanılanlardan birinin evinin axtarılması nəticəsində isə 5 bağlama heroin aşkar olunub. Külli miqdarda narkotik vasitələrin əldə edilməsi-saxlanılması faktı üzrə istintaq davam edir”
, - deyə Mamuka Çelidze bildirib.



წყარო: tv4.ge

FaceBook Twitter Google
მსგავსი სიახლეები
Marneuli İctimai Kitabxanasının yeni əməkdaşı
var.

Marneuli İctimai Kitabxanasının yeni əməkdaşı var.

Müvafiq bəyanatı Daxili İşlər Nazirliyində baş
tutan brifinqdə bir neçə dəqiqə əvvəl veriblər.
Müvafiq bəyanatı Daxili İşlər Nazirliyində baş tutan brifinqdə bir neçə dəqiqə əvvəl veriblər.
Bu
gün, 23 iyul tarixində Sadaxlı inzibati ərazi vahidliyində
mal-qaranın tələf olması halı qeydə alınıb. “Marneuli” radiosu
hadisə yerində olub. Əhali mal-qaranın tələf olmasına zəhərlənmənin
səbəb olduğunu güman edirlər.
Bu gün, 23 iyul tarixində Sadaxlı inzibati ərazi vahidliyində mal-qaranın tələf olması halı qeydə alınıb. “Marneuli” radiosu hadisə yerində olub. Əhali mal-qaranın tələf olmasına zəhərlənmənin səbəb olduğunu güman edirlər.
Gürcüstandan ixrac olunmuş 19 ton şaftalı və
nektarini (tüksüz şaftalı) Rusiya bazarına buraxmayıblar. Bu barədə
məlumatı “ИА REGNUM”a Dağıstan respublikasının “Rosselxoznadzor”un
mətbuat xidmətindən veriblər.
Gürcüstandan ixrac olunmuş 19 ton şaftalı və nektarini (tüksüz şaftalı) Rusiya bazarına buraxmayıblar. Bu barədə məlumatı “ИА REGNUM”a Dağıstan respublikasının “Rosselxoznadzor”un mətbuat xidmətindən veriblər.
Dini
azlıqların ruhani şəxslərinə dövlət dilini öyrədəcəklər. Zurab
Jvania adına Dövlət Administrasiya məktəbi dövlət dilinin tədrisi
proqramı çərçivəsində yeni isttiqamətdə tədris həyata keçirməyə
başlayır.
Dini azlıqların ruhani şəxslərinə dövlət dilini öyrədəcəklər. Zurab Jvania adına Dövlət Administrasiya məktəbi dövlət dilinin tədrisi proqramı çərçivəsində yeni isttiqamətdə tədris həyata keçirməyə başlayır.
Mavritaniya sahillərində Gürcüstan bayrağı
altında üzən “İvan Qolubets” adlı Ukrayna gəmisində baş vermiş
yanğın nəticəsində bir nəfər dünyasını dəyişib, yaralılar
var.
Mavritaniya sahillərində Gürcüstan bayrağı altında üzən “İvan Qolubets” adlı Ukrayna gəmisində baş vermiş yanğın nəticəsində bir nəfər dünyasını dəyişib, yaralılar var.
Yəqin ki, hamınız küçədə, metroda, bazarda,
yolda və bir çox yerlərdə dilənçilərlə rastlaşırsınız. Bunların
bəziləri həqiqətən ehtiyacdan, bəziləri də sırf məşğuliyyəti bu
olduğu üçün əl açırlar.
Yəqin ki, hamınız küçədə, metroda, bazarda, yolda və bir çox yerlərdə dilənçilərlə rastlaşırsınız. Bunların bəziləri həqiqətən ehtiyacdan, bəziləri də sırf məşğuliyyəti bu olduğu üçün əl açırlar.