Marneuli
Ulaşlı kənd sakinləri illərdir ki, damcı-damcı gələn içməli sudan istifadə edirlər
Ulaşlı kəndinin sakinləri içməli su ehtiyacını kəndin mərkəzində yerləşən su çənindən istifadə edərək ödəyirlər. Babakər dağından gələn içməli su mərkəzdə yerləşən su çəninə toplanır və təxminən 250 ailənin yaşadığı kəndin əhalisi bu problemini kəndin mərkəzindən su daşıyaraq həll edirlər. Səhər saat 10 olmasına baxmayaraq sakinlər su çəninin qarşısında növbəyə durmuşdular.

Kənd sakinləri su çəni boşaldığı üçün damcı-damcı gələn su ilə qablarını doldurmaq üçün uzun müddət gözləməli idilər. Onlarr havanın isti olmasına baxmayaraq su ehtiyaclarını bu cür qarşılamağa çalışırlar. Yay mövsümündə havaların isti olmasına görə Babakər dağından gələn içməli su da azalır. Buna görə də kənd sakinlərindən bəziləri qonşu kəndlərdən öz şəxsi avtomobilləri və arabaları ilə su daşıyır. Su çənindən evinə su daşıyan evdar qadının sözlərinə görə, onlar məcburdurlar ki, məişətdə arx suyundan istifadə etsinlər.



Kəndin mərkəzinə toplanan kənd sakinlərinin sözlərinə görə illərdir ki, onlar içməli su problemindən əziyyət çəkirlər. İçməli suyu qonşu kəndlərdən daşıyırlar. Aidiyyatı orqanlar kənd sakinlərinə söz veriblər ki, onların kəndinə içməli su xətti çəkiləcək. Amma onların problemi hələ də öz həllini tapmayıb.



Ulaşlı kəndinə içməli su xəttdi nə zaman çəkiləcək bu kənd əhalisi üçün məlum deyil.
| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
“Gürcüstan”
partiyası Marneuli meri vəzifəsinə namizəd kimi Leila Xaraişvilini
qeydiyyatdan keçirib.
13:19 / 18.04.2019
“Gürcüstan” partiyası Marneuli meri vəzifəsinə namizəd kimi Leila Xaraişvilini qeydiyyatdan keçirib.
Marneuli meri vəzifəsinə müstəqil namizəd Əli
Bədirov artıq rəsmi olaraq Marneuli Seçki Dairəsində qeydiyyatdan
keçib.
16:21 / 17.04.2019

Marneuli meri vəzifəsinə müstəqil namizəd Əli Bədirov artıq rəsmi olaraq Marneuli Seçki Dairəsində qeydiyyatdan keçib.

Algeti uşaq
bağçası üçün içməli su quyusunun qazılmasına başlayıb. 200-ə qədər
uşağın yerləşdiyi bağça keçən ilin oktyabr ayında
açılıb.
16:54 / 16.04.2019
Algeti uşaq bağçası üçün içməli su quyusunun qazılmasına başlayıb. 200-ə qədər uşağın yerləşdiyi bağça keçən ilin oktyabr ayında açılıb.
Knyaz Əliyev Qardabani sakinidir. O, 2018-ci ildə
ürək çatışmazlığından əziyyət çəkirdi. Həkimlər ona təcili ürək
köçürülməsinə ehtiyac olduğunu bildirirdilər. Belə əməliyyatın
Gürcüstanda mümkün olmamasına görə Knyaz Belarusun Minsk şəhərinə
getməli idi.
16:00 / 16.04.2019
Knyaz Əliyev Qardabani sakinidir. O, 2018-ci ildə ürək çatışmazlığından əziyyət çəkirdi. Həkimlər ona təcili ürək köçürülməsinə ehtiyac olduğunu bildirirdilər. Belə əməliyyatın Gürcüstanda mümkün olmamasına görə Knyaz Belarusun Minsk şəhərinə getməli idi.
Artıq yeddinci gündür ki, Marneuli meriyasının
rəsmi facebook səhifəsində Azərbaycan dilinə tərcümə edilmiş
yeniliklər və bəyanatlara rast gəlmirik.
16:20 / 15.04.2019

Artıq yeddinci gündür ki, Marneuli meriyasının rəsmi facebook səhifəsində Azərbaycan dilinə tərcümə edilmiş yeniliklər və bəyanatlara rast gəlmirik.

Marneulili müğənni Şaban Məmmədov Ukraynanın
Vinnitsa şəhərində keçirilən
16:19 / 15.04.2019
Marneulili müğənni Şaban Məmmədov Ukraynanın Vinnitsa şəhərində keçirilən "Qızıl Quş" (Zolotoy Ptax) festivalında qalib olaraq 1-ci yerə layiq görülüb.
14
aprel tarixində Marneuli-Sadaxlı avtomagistralında yol-nəqliyyat
hadisəsi baş verib. Hadisə zamanı iki avtomobil
toqquşub.
15:02 / 15.04.2019
14 aprel tarixində Marneuli-Sadaxlı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı iki avtomobil toqquşub.
Norqiuli kəndində yaşayan bir neçə ailəyə 2
həftədən artıqdır ki, içməli su verilmir.
14:39 / 15.04.2019

Norqiuli kəndində yaşayan bir neçə ailəyə 2 həftədən artıqdır ki, içməli su verilmir.