404 შეცდომა
Ulaşlı kənd sakinləri illərdir ki, damcı-damcı gələn içməli sudan istifadə edirlər
Ulaşlı kəndinin sakinləri içməli su ehtiyacını kəndin mərkəzində yerləşən su çənindən istifadə edərək ödəyirlər. Babakər dağından gələn içməli su mərkəzdə yerləşən su çəninə toplanır və təxminən 250 ailənin yaşadığı kəndin əhalisi bu problemini kəndin mərkəzindən su daşıyaraq həll edirlər. Səhər saat 10 olmasına baxmayaraq sakinlər su çəninin qarşısında növbəyə durmuşdular.

Kənd sakinləri su çəni boşaldığı üçün damcı-damcı gələn su ilə qablarını doldurmaq üçün uzun müddət gözləməli idilər. Onlarr havanın isti olmasına baxmayaraq su ehtiyaclarını bu cür qarşılamağa çalışırlar. Yay mövsümündə havaların isti olmasına görə Babakər dağından gələn içməli su da azalır. Buna görə də kənd sakinlərindən bəziləri qonşu kəndlərdən öz şəxsi avtomobilləri və arabaları ilə su daşıyır. Su çənindən evinə su daşıyan evdar qadının sözlərinə görə, onlar məcburdurlar ki, məişətdə arx suyundan istifadə etsinlər.



Kəndin mərkəzinə toplanan kənd sakinlərinin sözlərinə görə illərdir ki, onlar içməli su problemindən əziyyət çəkirlər. İçməli suyu qonşu kəndlərdən daşıyırlar. Aidiyyatı orqanlar kənd sakinlərinə söz veriblər ki, onların kəndinə içməli su xətti çəkiləcək. Amma onların problemi hələ də öz həllini tapmayıb.



Ulaşlı kəndinə içməli su xəttdi nə zaman çəkiləcək bu kənd əhalisi üçün məlum deyil.
"Marneuli" Radiosu

Print