Marneulidə avtomobillərin təmiri və ehtiyat hissələri obyektində güclü yanğın baş verib
Bu gün, 31 avqust tarixində Marneuli şəhərinin Rustaveli 36 ünvanında avtomobillərin təmiri və ehtiyat hissələrinin satışı obyektində güclü yanğın baş vermişdir. Fərdi sahibkara məxsus olan avtomobillərin təmiri və ehtiyat hissələri obyekti "Marneuli mall" ticarət mərkəzinin yaxınlıığında yerləşir.

Hadisə şahidlərinin sözlərinə görə yanğın 7:20 radələrində baş vermişdir. Onu da əlavə etdilər ki, yanğın elektrik naqillərinin qısa qapanması nəticəsində baş verib. Hadisə yerinə Marneuli Fövqaladə Halların İdarə Olunması Agentliyinin əməkdaşları cəlb olunmuşdur və yanğının tez bir zamanda qarşısı alınıb.

Yanğın nəticəsində xəsarət alan olmamışdır və yaxınlığında yerləşən ticarət obyektlərinə heç bir zərər dəyməmişdir. Yanğının dəqiq hansı səbəbdən baş verdiyi bilinmir və hadisə ilə bağlı araşdırmalar aparılır.
"Marneuli" Radiosu

Print