Vəkil hesab edir ki, prokurorluq Abazovu sübutsuz ittiham edib

Temur Abazov, Azər Süleymanov, Ramin Allahverdiyev və Elxan Quliyevə qarşı cinayət işi ilə bağlı məhkəmədən əvvəl iclas bu gün, 6 sentyabrda baş tutub.


Bugünkü məhkəmə iclasında ittiham tərəfi Marneulinin keçmiş meri Temur Abazov və işdə iştirak edən iki nəfərin ittihamını ağırlaşdırıb.

Temur Abazovun CM-nin 157-ci maddəsinin 1-ci və ikinci maddələrinə əsasən ittihamı ağırlaşdırılıb. Maddə şəxsi həyatı təsvir edən materialın əldə edilməsi, təşkil edilməsi, internet və sosial şəbəkələrdə yayılmasını nəzərdə tutur.

Ramin Allahverdiyev və Elxan Quliyevin döymə maddəsi ilə təqdim olunmuş ittihamı ağır şərtlərlə qrup şəklində döymə ittihamı ilə əvəz olunub.

Abazovun vəkili Qaqi Mosiaşvilinin dediyinə görə Abazova qarşı təqdim olunan ittihamlar sübutsuzdur və yalnız bir nəfərin ifadəsinə əsaslanır.

"Yeganə zərərçəkən şəxsin ifadəsi ittiham tərəfi üçün əsas və baş prinsipdir. Şahidin təsdiqlədiyi başqa sübut, birbaşa sübut işdə yoxdur" - Qaqi Mosiaşvili.

Qaqi Mosiaşvili eləcə də dedi ki, ittiham tərəfinin əldə etdiyi məlumatın bir hissəsi ilə bağlı yolverilməzliyi haqqında müdafiə tərəfinin sübut edilmiş vəsatəti var. Ümid edir ki, hakim Madona Maisuradze obyektiv qərar qəbul edəcək.

Xatırladaq ki, Temur Abazov Marneuli sakininə qarşı insanlıqdan kənar yanaşma faktına dair 13 iyunda həbs olunub. 14 iyunda isə məhkəmə ön tədbir olaraq ona həbs cəzası verib.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები