Marneuli
Birinci qrup əlil - uşaqlarıma verilən sosial yardımı qardaşımla bir evdə yaşadığıma görə dayandırıblar
45 yaşlı Yuxarı Saral kənd sakini Həmzə Quliyev birinci qrup əlildir. Onun göz damarlarında quruma baş verdiyi üçün demək olar ki, görmə qabiliyyətini itirib. Gözlərində yaranan problemə görə o, işləyə bilmir və ailəsini dolandırmaqda çətinlik çəkir. O, ailədə 6 nəfərlə – iki övladı, həyat yoldaşı, atası və anası ilə birgə iki otaqdan ibarət torpaq döşəməli evdə yaşayır. Həmzə deyir ki, ata və anasının aldığı pensiya və əlilliyə görə özünün aldığı 180 lari pensiya ilə dolanmağa çalışırlar.

Onun sözlərinə görə, 2016-cı ildə Marneuli Sosial Xidmət Agentliyinə müraciət edib və övladlarına yardım göstərilməsini istəyib. Həmzə Quliyev deyir ki, iki il boyunca ona kömək edən olmayıb. Nəhayət, 2018-ci ildən hər uşağa görə 10 lari yardım alıb. 5 ay boyunca uşaqlara verilən yardım pulunu alan Həmzə Quliyev sonradan bu yardımın dayandırıldığını öyrənib. O, bunun səbəbini öyrənmək üçün sosial agentliyə müraciət edib. Agentlikdən isə ona bildiriblər ki, yardımın verilməməsinə səbəb onun qardaşı ilə birgə bir evdə yaşamasıdır.

“Qardaşımın ailəsi mənim bir damın altında yaşamamı səbəb gətirdilər. Yəni bu da səbəb deyil. Əksinə bu mənim xeyirim üçün olan səbəb ola bilər. Burada qardaşımın ailəsi yaşayır, ayrıca. Sayğacı var, yenidən yenə yoxlana bilər və özünün ayrıca mətbəxi var, qazı da ayrıdır. Hətta qaz balonu istifadə edir. Burada heç bir səbəbi olmadan əsasnamə gətirirlər. Yəni burada mən qardaşımın ailəsini birlikdə əgər mən yazdırsaydım ki, 10 nəfərik bu sayılardı. Bu mənim səhfimdir mən yazdırmışam. Mən əvvəldən də demişəm 6 nəfər yaşayırıq. İmkansızlıqdan burada yaşayırıq bir damın altında. Əgər bu səbəbdirsə imkan yaratsınlar qardaşım ayrı yaşasın mən ayrı” – deyə Həmzə Quliyev bildirdi.



Quliyevin sözlərinə görə, onun müalicə olunduğu dərman preparatlarını almağa imkanı yoxdur və dövlətdən kömək gözləyir.

“500 larilik dərmanlardan istifadə edirəm. Dərman da Türkiyədən gəlir. Təbii ki, burada əczəxanalar da yoxdur. Buna isə mənim imkanım yoxdur. Artıq anamın 20 aylıq təqaüdündən də kreditdən də istifadə etmişəm. Özümün təqaüdümü də noyabr ayına kimi götürmüşəm. Böyük oğlum indi məktəbə getməlidir. 5-ci sinifə oxuyur. Yaxın günlərdə məktəb ləvaazimatları və paltar alınmalıdır. Bunların heç birini ala bilmirəm, imkan yoxdur” – deyə Həmzə Quliyev bildirdi.



Həmzə Quliyev onu da bildirdi ki, əgər onun sağlamlığı yerinə qayıtsa dövlətdən aldığı pulu belə geri ödəməyə hazırdır.


FaceBook Twitter Google
მსგავსი სიახლეები
Bu
gün, 21 avqust tarixində Marneulidə yol-nəqliyyat hadisəsi baş
verib.
Bu gün, 21 avqust tarixində Marneulidə yol-nəqliyyat hadisəsi baş verib.
Bu
gün, 19 avqust tarixində Marneuli Tbilisi magistral yolunda yol
nəqliyyat hadisəsi baş verib.
Bu gün, 19 avqust tarixində Marneuli Tbilisi magistral yolunda yol nəqliyyat hadisəsi baş verib.
Aşağı Saral
kəndinin uşaqları 17 avqust tarixində ilk kukla teatrı həyata
keçiriblər.
Aşağı Saral kəndinin uşaqları 17 avqust tarixində ilk kukla teatrı həyata keçiriblər.
Bu gün, 9 avqust tarixində Marneuli meri
Saimerlo kəndinin sakinləri ilə içməli su ilə bağlı görüş
keçirdi.

Bu gün, 9 avqust tarixində Marneuli meri Saimerlo kəndinin sakinləri ilə içməli su ilə bağlı görüş keçirdi.

“Gedin görün Tetritskaro yolunda
nə baş verir. Orada hər gün qəza vəziyyəti yaranır. Elə yol var,
iki maşın yanaşı keçə bilmir, su kanalı qoyublar və qoruyucu bənd
yoxdur, maşın oraya düşsə, sürücü dünyasını
dəyişəcək”, – bu bəyanatı bələdiyyə məclisinin üzvü
Riçard Qiqani 8 avqustda baş tutan iclasda
bildirib.

“Gedin görün Tetritskaro yolunda nə baş verir. Orada hər gün qəza vəziyyəti yaranır. Elə yol var, iki maşın yanaşı keçə bilmir, su kanalı qoyublar və qoruyucu bənd yoxdur, maşın oraya düşsə, sürücü dünyasını dəyişəcək”, – bu bəyanatı bələdiyyə məclisinin üzvü Riçard Qiqani 8 avqustda baş tutan iclasda bildirib.

Saimerloda içməli suyun mənbəyi
dəyişdirilməyəcək.

Saimerloda içməli suyun mənbəyi dəyişdirilməyəcək.

Marneulidə Gürcüstanın ərazi bütövlüyü uğrunda
həlak olan Marneulili əsgərlərin memorialı qarşısında bu gün səhər
saatlarından sıxlıq hiss olunur.
Marneulidə Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan Marneulili əsgərlərin memorialı qarşısında bu gün səhər saatlarından sıxlıq hiss olunur.

"Əvvəl kömək edək, sonra ağıl verərik" – Marneuli Bələdiyyə Məclisinin üzvü, Tsereteli inzibati ərazi vahidinin majoritar deputatı Roman Tabatadze təbii fəlakətdən zərər çəkmiş əhalinin məhv olmuş əkin sahələri məsələsini bu gün, 8 avqustda iclasda müzakirə edib.