VMH hesab edir ki, Salome Zurabaşvili ilə görüşdə administrativ resursdan istifadə ediblər
"Vahid Milli Hərəkatın" Marneuli qərargahının rəhbəri Aqil Mustafayev bu gün, 11 oktyabrda Marneuli dairə komissiyasına seçkiqabağı təbliğat zamanı pozuntu faktına dair şikayət daxil edib.
O, qeyd edir ki, 10 oktyabrda Marneulidə "Gürcü Arsusunun" dəstəklədiyi müstəqil namizəd Salome Zurabaşvilinin görüşündə Marneuli meriyasının əməkdaşları və seçki dairə komissiyasının üzvləri iştirak edirdilər.

"Dünənki Salome Zurabaşvilinin görüşündə bir neçə nəfər komissiya üzvləri və meriyanın əməkdaşları (müvəkkillər) iştirak edirdilər. Bu qanun pozuntusudur. Reaksiya gözləyirik əgər olmasa biz bu fakta dair məhkəməyə şikayət daxil edəcəyik" - deyir Aqil Mustafayev.



Aqil Mustafayevin sözlərinə görə onda faktı təsdiqləyən foto və video materiallar da var və reaksiya göstərilməsini gözləyir.

Şikayətə bəraət qazandırıldığı halda Gürcüstan Seçki məcəlləsinə əsasən 2000 lari dəyərində məbləğlə cərimələnə bilərlər.

"Marneuli" Radiosu

Print