Gənclərin Kobuletiyə səfəri üçün meriya 7040 lari xərcləyib
Marneuli bələdiyyəsi Kobuletiyə gənclərin
nəqliyyat ilə təmin edilməsi üçün 7040 lari
xərcləyib.
Bu haqda meriyadan tələb olunan
məlumatda oxuyuruq. Orada yazılıb ki, bir il ərzində meriya
(avqust-sentyabrda) Kobuletiyə, Kintrişidə yay düşərgəsi üçün
Marneulili gəncləri 3 dəfə aparıb.
Üç halda da nəqliyyat üçün məbləğ fərqlidir:
- 1. Kobuletiyə,
Kintrişidə baş tutan gənclr düşərgəsində iştirak etmək üçün
Marneuli bələdiyyəsinin aktiv gənclərinin nəqliyyatla təmin
edilməsinə – 4 241.23 lari xərclənib.
- 2. Kobuleti
bələdiyyəsindi, Kivntrişidə “I see you” yay düşərgəsinə Marneuli
bələdiyyəsinin gəncləri nəqliyyatla təmin etməsi üçün sərf olunan
məbləğ – 1384.65
- 3. Kobuleti
bələdiyyəsində, Kvintrişidə "I see you" yay düşərgəsinə Marneuli
bələdiyyəsinin gəncləri nəqliyyatla təmin etməsi üçün sərf olunan
məbləğ – 1 414.32
Ümumilikdə xərclənən məbləğ 7
040.19 larini təşkil edir. Bizimlə söhbət zamanı “"I see you"-nun
Marneuli rəhbəri İrakli Kveladze deyir ki, təhsil/əyləncə
düşərgəsinə nəqliyyatı saya əsasən aparırlarmış. “Elə hallar var
idi ki, 3 avtobus lazım olurdu”.
Marneuli meriyası 2018-ci ildə sərnişin daşımaq məqsədi ilə
səyahət/nəqliyyat vasitələrinin kirayələnməsi (sürücü ilə birgə)
xidməti üçün cəmi 3 0669,84 lari xərcləyib. Müqaviləni öz
balanslarında olan nəqliyyat şirkəti “Ekstres Turists” MMC-lə
bağlayıblar və alacaqları məbləğ 11702,16 lari dəyərində qalıb.