Təbii qaz sızmaları ilə bağlı çağırışların sayı artıb

Leyla Məmmədova öz korpusunda təbii qaz qoxusunu bir neçə ay bundan əvvəl hiss edib. "SOGAR GEORGİA GAS"-ın texniki qrupu yoxlayış üçün yerinə gedib və problem olmadığını deyiblər.

3 fevralda isə Leyla öz mənzilində də qaz qoxusunu hiss edib. Qaynar xəttə zəng etdikdən sonra qaz şirkətinin nümayəndələri tez zamanda gəliblər və qaz sızması olduğunu aşkar ediblər.

"İki gün əvvəl qaz qoxusu hiss etdim və sobanı yandırmağa qorxdum ki, partlayar. Evladıma zəng vurdum və dedim ki, nə edim qaz qoxusu var. Qaynar xəttə zəng vurdular. Deməli qapını açan kimi borunun yanına getdilər. Borudan evə sızırımış və qoxu oradan gəlirmiş" - Leyla Məmmədova deyir.

Marneuli bazarınd qaz qızdırıcısı çox yerdə satılır. Ticarətin aktiv dövrü isə qış başlayana qədərdir. Qaz sızmasını müəyyən edən təbii qaz detektorunun alıması Marneulidə mümkün deyil. Satıcıların çoxusu onun olması haqqında məlumatsızdırlar.

Yanvarda Tbilisidə qaz partlayışı dörd, qazın sızması isə ondan çox adamın ölümünə səbəb oldu. "SOGAR GEORGİA GAS"-ın texniki qrupu aktiv olaraq yaşayış evlərində qaz qurğularının yoxlanılmasına başlayıb. Şirkətdən izah edirlər ki, Marneuli miqyasında monitorinq davam edir, çatışmamazlıqlar aşkar olunan halda isə vaxtında reaksiya göstərilir.

Marneulidə qaz qızdırıcılarının ev üsulunda montaj edilməsi faktları çoxdur və "SOGAR GEORGİA GAS" başqa hansı pozuntuların aşkarlandığını bildirmir və məlumatı rəsmi tələb etməyimizi qeyd edirlər.

Marneulidə dekabr və yanvarda qaz qurğularının pozulması bir mənzildə partlayışa səbəb oldu. Təbii qaz sızması ilə bağlı iki hal aşkarlandı və birində 15 yaşlı qız dünyasını dəyişdi.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები