Kürtlər kənd əhalisinə suvarma suyu kanalın bərpa işlərindən sonra veriləcək
Fermerlər
istixanalarda əkib-becərdikləri məhsulu suvara bilmirlər. Yeni
mövsümün gəlişi ilə kənd sakinləri həyətyanı torpaq sahələrində
yazlıq kartof, pomidor, xiyar və digər məhsullar
əkirlər.
Havaların yağışsız keçməsi və suvarma
arxlarında suyun olmaması Kürtlər kənd sakinlərini narahat edir.
Onlar əkdikləri kartof məhsulunu suvara bilmirlər, bu isə
məhsullarının zamanında yetişməsinə təsir edir.
Kənd sakinləri deyir ki, payız aylarında suvarma kanallarına suyun
verilməsi dayandırılıb və nə zaman veriləcəyi haqda məlumatları
yoxdur. Sakinlərin sözlərinə görə, indiki mərhələdə onların
əkib-becərdikləri məhsulun yetişdirilməsi üçün suvarılmasına
ehtiyac var.
Sakinlərin bildirirlər ki, hər il əkin zamanı onlar oxşar problemlə
qarşılaşırlar. Buna görə də məhsuldarlıq aşağı düşür və bazara daha
az məhsul çıxarmalı olurlar. Onlar hər il əkin işləri üçün çox pul
xərcləyib, az gəlir əldə etdiklərini bildirirlər.
Marneuli Melorasiya Xidmətinin nümayəndəsi Aleksandre Şukakidze
izah edir ki, kənddə suvarma suyu problemi Ağmaşenebeli körpüsünün
bərpasına görə yaranıb. Geniş miqyaslı layihə 2018-ci ildə başlayıb
və iki mərhələ olaraq gedir. İkinci mərhələ bir neçə günə başa
çatacaq.
“Müqavilə bağlayan şirkətin yerinə yetirilməli olduğu
yalnız körpünün bərpa işi qalıb. Bu körpünün bərpası üçün maksimum
5 gün lazımdır. Bundan sonra artıq əhaliyə su verəcəyik. Çox yaxşı
işlər görlüdü və əhalidə bir az səbr etsin və hər şey yaxşı
olacaq” - Aleksandre Şukakidze deyir.
Ağmaşenebelinin suvarma suyu tamamən bərpa olunduqdan sonra
nəticədə bələdiyyədə 1,886 hektar kərnd təsərrüfatı torpaq sahəsinə
suvarma suyunun verilməsi yaxşılaşdırılacaq.
Bərpa edilmiş melorasiya sistemdən 8 kəndin – (Tamarisi, Bəylər,
Saimerlo, Baydar, Kürtlər, Muğanlı, Lejbəddin və Xudorlejbəddin)
əhalisi istifadə edəcək.