Marneuli Gender Şurası fəaliyyətsizliyə görə yenilənəcək

Bu il, ilk gender şurası, 14 fevralda keçirildi. Görüşün məqsədi şurada üzvlərin sayının dəyişdirilməsi və yenisi ilə əvəz olunması idi.

Dəyişikliyin səbəbi isə gender şurasının katibi İa Esebuanın sözlərinə görə köhnə üzvlərin fəaliyyətsizliyi olub.

“Reallıq qarşısında qaldıq ki, bu adamlar bizimlə gündəlik ünsiyyət və görüşləri çatdıra bilmirdilər. Yalnız üzv olmaq isə heç nə demək deyil. Görüşlərə gəlmə, icmaya çıxma bu çox pisdir. Mənim fikrimcə həmişə vaxtı olan və onun maraq sahəsinə daxil olan, çalışmaq istəyi olan adamlar üzv olmalıdır” - İa Esebua deyir.

Gender şurasının keyfiyyətli çalışması üçün Esebuanın sözlərinə görə, QHT sektorunun nümayəndələri qoşulmalıdır və onlar öz təcrübələrini başqaları ilə də bölüşəcəklər.

Gender şurasının fəaliyyəti keçən il başlayıb və şura 14 nəfərdən ibarətdir. Hələ ki, 2019-cu ildə şuranın fəaliyyətinə neçə nəfərlə başlayacağı məlum deyil. Şuraya iki yeni üzv, mediya və QHT nümayəndəsi artıq əlavə olunub. İstəyi olanlar özləri də təşəbbüs irəli sürə bilərlər.

Bu il şuraya ilk dəfə büdcədən istifadə etmək hüququ verilib.

İctimai həyatın bütün sahələrində ayrı-seçkiliyin yolverilməzliyi, bərabər hüquqlar sahəsində müvafiq şəraitin yaradılması, imkanlara dəstək olmaq, ayrı-seçkiliyin aradan qaldırılması – bunlar Marneuli bələdiyyə məclisində mövcud olan gender şurasının xidmət göstərməli olduğu əsas mqəsədlərdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები