Yeni əməkdaşa meriyanın fəaliyyətini azərbaycan dilinə tərcümə etmək öhdəliyi qoyulmayıb

Marneuli meriyasında İctimaiyyətlə Əlaqələr Şöbəsinin mütəxəssisi vəzifəsinə Davit Çikadze təyin olunub. Buna qədər o, həmin şöbədə daha aşağı vəzifədə çalışırdı.


Çikadze bu vəzifədə şöbənin keçmiş əməkdaşı Turac İbrahimovanı əvəzləyəcək.

Turac İbrahimova burada işlədiyi müddətdə Marneuli bələdiyyəsinin “Facebook” səhifəsində yerləşdirilmiş məlumatları Azərbaycan dilinə tərcümə edir və həmin məlumatın şərhlər bölməsinə əlavə edirdi. 2 oktyabr tarixindən etibarən isə Marneuli bələdiyyəsinin rəsmi “Facebook” səhifəsində Azərbaycan dilində məlumatlara rast gəlmək mümkün deyil.

Çikadzenin Turac İbrahimovanın gördüyü işləri (məlumatların Azərbaycan dilinə tərcüməsi) görüb-görməyəcəyi ilə bağlı sualımıza cavab olaraq meriyadan bildirdilər ki, tərcümə işləri ümumiyyətlə Turac İbrahimovanın vəzifələrinə daxil deyildi.

İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzinin araşdırmaçısı/hüquqşünası Mariam Qabrielaşvili bizimlə söhbəti zamanı deyir ki, bələdiyyə ərazisində yaşayan əhalinin çoxmillətli olmasından irəli gələrək, məlumatlar onların başa düşdüyü dildə yerləşdirilməlidir.

“Milli Azlıqların Hüquqlarının Qorunması üzrə Çərçivə Konvensiyası Gürcüstan tərəfindən ratifikasiya olunması mühüm faktdır. Etnik azlıqların sıx məskunlaşdıqları bölgələrdə meriya insanlara onların başa düşdüyü dildə məlumat çatdırmalıdır”, – Mariam Qabrielaşvili deyir.

Əgər bələdiyyə məlumatları əlavə dillərdə yayımlaya bilmirsə, konvensiya ilə nəzərdə tutulmuş tövsiyələrin yerinə yetirilməsinə hansı amillərin mane olduğunu əsaslandırmalıdır.

Milli azlıqların dillərində məlumatların nə üçün yayımlanmaması və İctimaiyyətlə Əlaqələr Şöbəsinin mütəxəssisiə konkret olaraq hansı işlər həvalə olunması ilə bağlı sualımıza cavab olaraq isə meriya ənənəsinə sadiq qalaraq rəsmi məktubla müraciət etməmizi tələb etdi ki, məktuba cavab verilməsi üçün isə yenə də 10 gün gözləməli olacağıq.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები