Marneulidə 6 nəfər təbii qazdan zəhərlənib
Marneulidə 6 nəfər təbii qazdan zəhərlənib. Bu barədə məlumatı “Marneuli” radiosuna “Aversi” klinikasından da təsdiqləyiblər.

Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Xatuna Ebralidzenin dediyinə görə, zəhərlənənlərin vəziyyəti stabildir.

Qeyd edək ki, Marneulidə dekabr və yanvar aylarında qaz qurğularının qaydada olmamasına görə bir yaşayış evində partlayış baş verib, iki dəfə isə dəm qazı sızması baş verib ki, bunlardan da biri 15 yaşlı qızın ölümü ilə nəticələnib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google