Sərnişinlər bələdiyyə nəqliyyatının sürücülərini qeyri etik olmaqda ittiham edirlər
Marneulinin əhalisi bələdiyyə nəqliyyatının sürücülüərini qeyri-etik sözlər istifadə etməkdə günahlandırır. Biz sorğu aparmağa qərar verdik. Sorğuda iştirak edənlərin əksəriyyəti deyir ki, sərnişinlərə qarşı təhqiredici sözləri dəfələrlə eşidiblər. Çox adam müsahibə verməkdən çəkindi və yalnız şəxsi söhbət zamanı qeyri-korrektivlik faktını təsdiqlədilər. Marneuli sakinləri deyirlər ki, kobud müraciət tonunda xüsusən meriyanın balansında olan “Avtopark” MMC-nin sürücüləri fərqlənirlər.

“Təəssüf ki, avtobus sürücüləri tərəfindən qeyri-etik hərəkətlər olur. Bəzi hallarda vətəndaşları birbaşa söyürlər. Üç nömrəli avtobusda bir neçə dəfə oxşar faktla qarşılaşmışam. Mənim gözümün qarşısında söydü. Vətəndaş xahiş edirdi ki, saxlasın. Özü gec eşitdi və həmin vətəndaş endikdən sonra başladı:”sənin kökünü”, “sənin ananı ağladım” – belə hərəkət etmək olmaz.

“Mən də avtobusla tez-tez hərəkət edirəm. Müqayisədə daha komfortludur, amma sürücülər tərəfindən həqiqətən də yersiz sözlər işlədilir və onların avtobusuna minmək istəmirəm”.


Biz “Mareulinin Avtopark” MMC-nin direktoru Qiqa Calağoniaya zəng vurduq. O, oxşar halın olmasını istisna etdi və dedi ki, əgər fakt həqiqətən də mövcuddursa ona müraciət etsinlər və müvafiq ölçülər götürəcək.

“Məni başa salın nə düşünməliyəm, haradan çıxardınız, sərnişinləri kim söyür mən anlamıram. Və yaxud kim əxlaqsı danışır, kim kimi bağışlayır? Ümumiyyətlə nə danışırsınız mən başa düşmürəm. Belə bir mövzu mənə gəlib çatmayıb ki, kimisə təhqir etsinlər” – Qiqa Calağonia deyir.

İkinci bələdiyyə nəqliyyat şirkəti “Ekspres Turist” MMC-dir və onun balansından 1 və 2 nömrəli maşrutlar var. Şirkətin direktoru Yuri Samxaradze deyir ki, onların ictimai nəqliyyat sürücülərinə qarşı qeydlər əvvəl olub, ancaq oxşar faktı indi təsdiqləmir.

“Sürücüləri bu günlərdə bir yerə toplamalıyam, iclasımız olacaq və bu məsələyə xüsusən diqqət yetirəcəm. Yaxşıdır ki, yadıma saldınız. Hər halda oxşar məsələ ilə bağlı son iki ildə müraciətlər olduğunu xatırlamıram. Əvvəl Seretelidən bizə müraciət etmişdilər. Mübahisə etmişdilər və təhqiredici sözlər də deyilmişdi” - Yuri Samxaradze deyir.

Marneuli sakini Samirə Bayramova sürücülər tərəfindən qeyri-etik söhbətlərlə bağlı meriaya ərizə daxil etməyi planlaşdırır və ümid edir ki, vaxtında reaksiya göstəriləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google