Marneulidə 19 ictimai məktəbdə bərpa işləri həyata keçiriləcək
Marneuli bələdiyyəsində 19 ictimai məktəbdə 1 820 000 lariyə bərpa işləri aparılacaq. Bu haqda bəyanatı Marneuli meriyasının maliyyə-büdcə xidmətinin rəhbəri Vüqar Məmədov 11 mart tarixində bələdiyyə məclisi iclasında verib.

Bərpa işlərinin müəyyən hissəsi “kəndə dəstək proqramı” çərçivəsində maliyyələşir.

Məktəblərin və həyata keçriləcək işlərin siyahısını sizə təqdim edirik:

Araflı kəndinin ictimai məktəbi – dam örtüyü və ayaqyolunun bərpası, qapı-pəncərələrin dəyişdirilməsi.

Yuxarı Saral kəndi – məktəbin dam örtüyünün və ayaqyolunun bərpası, qapı-pəncərənin dəyişdirilməsi.

İmir ictimai məktəbi – dam örtüyünün bərpası, qapı-pəncərələrin dəyişdirilməsi, döşəmənin yenilənməsi və istilik sisteminin qurulması.

Marneulinin dörd saylı ictimai məktəbi – dam örtüyünün bərpası, istilik sisteminin montajı və daxili qapıların quraşdırılması.

Qızılhacılı kəndinin 2 saylı ictimai məktəbi – ayaqyolunun bərpası.

Tsereteli ictimai məktəbinin köməkçi binasının, keçmiş Mirzoevka məktəbi – ayaqyolunun bərpası.

Yuxarı Qullar ictimai məktəbi – ayaqyolunun bərpası.

Tamarisi ictimai məktəbi – məktəbin daxili ərazisində ayaqyolunun qurulması.

Kurtlar ictimai məktəbi – dam örtüyünün bərpası, istilik sisteminin montajı və qapı-pəncərənin dəyişdirilməsi.

Qaçağan kəndi – istilik sistemi və ayaqyolunun bərpası, qapı-pəncərələrin dəyişdirilməsi.

Böyük Muğanlı kəndi – dam örtüyü və qapı-pəncərələrin dəyişdirilməsi.

Şulaveri 1 saylı ictimai məktəbi – ayaqyolunun bərpası, qapıların və döşəmənin dəyişdirilməsi, elektik xəttinin montajı.

Maradisi kəndi – istilik sisteminin qurulması.

Saimerlo kəndi – qapı-pəncərələrin dəyişdirilməsi.

Qırmızı kənd ictimai məktəbi – qapı-pəncərənin dəyişdirilməsi.

Ağməmmədli – ayaqyolunun bərpası.

Beytarabçı – dam örtüyünün bərpası, qapı-pəncərələrin dəyişdirilməsi və ayaqyolunun bərpası.

Dəmyə-Görarxı ictimai məktəbi – dam örtüyünün və qapı-pəncərənin bərpası.


Xatırladaq ki, Marneulidə müxtəlif kəndlərdə məktəblərin inşası planlaşdırılıb. Bunlar: Tsopi, Şulaver (2 saylı məktəbi), Qızılhacılı (2 saylı) məktəbi, Qasımlı, Kirovka, Xuldərə, Candar, Sabirkənd.

Print ელ. ფოსტა
FaceBook Twitter Google