Sabirkənd sakininin qoz ağaclarını naməlum şəxslər kəsiblər
Sabirkənddə 30 ədəd bar verən qoz ağacı kəsilib. Bu haqda bizə zərər çəkən Elnur Məsimov özü dedi. Onun sözlərinə görə, hadisə ötən həftənin cümə axşamı-cümə günləri baş verib.

İlk gün onun 18 ağacını, sonrakı gün isə 12 ağacını kəsiblər. O, deyir ki, on ildən artıqdır onlar öz şəxsi torpaq sahələrində 50-dək qoz ağacı əkiblər. Ötən ildən isə onlar həmin ağaclardan məhsul götürməyə başlayıblar.

Məsimov deyir ki, onun heç kimlə problemi olmayıb və şübhələndiyi insan da yoxdur. O, indi istəyir ki, ona zərə vuranlar tapılsın və qanun çərçivəsində öz cəzalarını çəksinlər.

“Budur, ağaclarmı kəsiblər. Heç kimə pislik etməmişəm. Heç kimdən şikayətim yoxdur. Nə də ki, görməmişəm. Kim kəsib, onu tapmaq lazımdır. İki gündür peyin gətirirdim. Baxdım ki, ağacı kəsiblər. Dünən getdim ekologiyaya dedim. Onlar da dedi adamını tap. Bu gün prokurorluğa verirəm”
- Elnur Məsimov dedi.

Məsimovun sözlərinə görə, o Marneuli prokurorluğuna şikayət ərizəsi ilə müraciət edəcək.


Print ელ. ფოსტა
FaceBook Twitter Google