Marneuli meriyası Ağməmmədli-Ulaşlı-Qasımlı kəndlərini bir-birinə bağlayan yolun bərpası üçün 1 570 457 lari xərcləyəcək
Marneuli meriyası Ağməmmədli-Ulaşlı-Qasımlı kəndlərini bir-birinə bağlayan yolun bərpası üçün 1 570 457 lari dəyərində tender elan edib.

Tenderdə qeyd olunub ki, bərpa olunacaq yola uzun illərdir ki, çınqıl tökülüb və bərkidilib. Qeyd olunan yolun həmin çınqıl örtüyü götürüləcək və ümumilikdə 21 670 kv.m. sahəyə asfalt döşənəcək. Asfalt yolun yalnız hərəkət hissəsinə deyil, eləcə də həyətlərin girişinə və yol birləşmələrinin başlanğıcına da töküləcək. Tenderə görə, yolun bərpa olunmuş hərəkət hissəsi 18 685 kv.m., yol birləşmələrinin başlanğıcı 1 785 kv.m., həyətlərə giriş isə 1 200 kv.m. təşkil edəcək.

Marneuli bələdiyyəsi qeyd olunan tenderi 21 mart tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 6-11 aprel tarixində öz təklifləri ilə müraciət edə bilərlər.

Tender şərtlərinə görə, tenderdə qalib gəlmiş şirkət Ağməmmədli-Ulaşlı-Qasımlı kəndlərini bir-birinə bağlayan yolun bərpasını müqavilə bağladıqdan 90 gün ərzində tamamlamalıdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები