სიახლე
Meriya hesab edir ki, Azərbaycan dilində onların fəaliyyətini işıqlandırmaq üçün televiziya yetərli rol yerinə yetirir

Artıq yeddinci gündür ki, Marneuli meriyasının rəsmi facebook səhifəsində Azərbaycan dilinə tərcümə edilmiş yeniliklər və bəyanatlara rast gəlmirik.

Qeyd olunan məsələ ilə bağlı Marneuli meriyasına rəsmi məktub yazdıq.

“Niyə bələdiyyənin fəaliyyəti haqqında Azərbaycan dilinə tərcümə edilmiş məlumat yayımlanmır” sualına cavab ənənəvidir, demək olar ki, heç bir nəticə vermir və məktubdan yalnız onu başa düşürük ki, meriya müxtəlif etnosların dövlət dilini öyrənməsinə, eləcə də etnik azlıqların dilində məlumatın əlçatanlığına dəstək olur.

Bələdiyyənin fəaliyyətinin Azərbaycan dilində yayımlanmasına gəldikdə isə görünür meriya bu kontekstdə yalnız münasibətləri bələdiyyə müqaviləsi ilə qeydə alınan Marneuli Televiziyasının olmasını yetərli sayır. Bizim verdiyimiz onsuzda meriyanın rəsmi veb səhifəsində ictimai məlumat olan suala isə cavab verməkdən ikinci dəfə çəkinib.

Məktubun cavabını olduğu kimi təqdim edirik:

“Yerli özünüidarəetmə daima bələdiyyənin ərazisində yaşayan müxtəlif etnosların qarşılıqlı yaşam rolunu, eləcə də ölkənin sosial – iqtisadi və ictimai həyatında onların tam iştirakı üçün mövcud olan ehtiyacları nəzərə alır. Onların dövlət dilini öyrənməsinə, eləcə də etnik azlıqların dilində məlumatına əlçatanlığına dəstək göstərir. Bələdiyyənin fəaliyyəti haqqında Azərbaycan dilinə tərcümə olunmuş məlumata gəldikdə isə bildirmək istəyirik ki, Marneuli Meriyası “Marneuli Tv” ilə bağladığı müqavilə əsasında bələdiyyə ərazisində gedə proseslərin davamlı işıqlandırılmasını telekanalın efiri vasitəsilə gürcü və Azərbaycan dilində təmin edir”.

Qeyd edilməlidir ki, televiziya infrastruktur layihələri və bələdiyyə məclisinin iclaslarını işıqlandırır, amma bələdiyyə məclisinin anonsu, planlaşdırılan tədbirlər və.s. kimi məlumatlar yayımlamır və buna görə də Azərbaycan dilli əhalinin bələdiyyənin fəaliyyəti proseslərinə əlçatanlığı məhdudlaşır.

Xatırladaq ki, Marneuli meriyası fəaliyyətləri ilə bağlı məlumatı 2018-ci ilin 2 oktyabrından sonra paylaşmır. Bizimlə söhbət zamanı İnsan Hüquqlarının Tədrisi və Monitorinq Mərkəzi EMC–nın Bərabərlik proqramı layihəsinin rəhbəri Tamta Mikeladze bildirir ki, bələdiyyə öz əhalisinin çoxetnikliyindən dolayı məlumatı onlara başa düşəcəkləri dildə çatdırmaq öhdəliyi daşıyır. Bunun yerinə yetirilməməsi isə inteqrasiya problemi yaradır.

“Mən düşünürəm ki, məhz etnik azlıq qruplarının təcrid olunmasına bu səbəb olur. Belə çıxır ki, dövlət onlarla danışmır, dövlət onları gedən siyasət haqqında məlumatla təmin etmir. Bu isə aydındır ki, regionda təcrid olunma və inteqrasiya probleminin birinci səbəbidir” – Mikeladze deyir.


 

FaceBook Twitter Google
მსგავსი სიახლეები
Marneuli bazar ərazisində fəaliyyət göstərən
ticarət obyektlərinin sahibləri Ağmaşenebeli küçəsində obyektin
söküntüsünə və yeni obyektin tikintisinə etiraz
edirlər.
Marneuli bazar ərazisində fəaliyyət göstərən ticarət obyektlərinin sahibləri Ağmaşenebeli küçəsində obyektin söküntüsünə və yeni obyektin tikintisinə etiraz edirlər.
Marneuli Meriyası 26 may küçəsində səkilərin
qurulması və Ədliyyə Evinin ətraf ərazisində yenidənqurma işləri
üçün 26 415 larilik tender elan edib.
Marneuli Meriyası 26 may küçəsində səkilərin qurulması və Ədliyyə Evinin ətraf ərazisində yenidənqurma işləri üçün 26 415 larilik tender elan edib.
Marneulidə ilan vurması ilə bağlı bir fakt
qeydə alınıb. Bu haqda məlumatı Marneuli İctimai Səhiyyə Mərkəzinin
rəhbəri Eter Laperadze verib.

Marneulidə ilan vurması ilə bağlı bir fakt qeydə alınıb. Bu haqda məlumatı Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze verib.

შინაგან საქმეთა სამინისტროს თბილისის პოლიციის
დეპარტამენტის გლდანი-ნაძალადევის სამმართველოს თანამშრომლებმა,
გლდანში
შინაგან საქმეთა სამინისტროს თბილისის პოლიციის დეპარტამენტის გლდანი-ნაძალადევის სამმართველოს თანამშრომლებმა, გლდანში "ორი ნაბიჯის" გაქურდვის და მარკეტში ხანძრის გაჩენის ფაქტზე 1 პირი: 1993 წელს დაბადებული მ.მ. დააკავეს.
ძველ
თბილისში, ყავლაშვილის ქუჩაზე, ორსართულიანი შენობის აივანი და
სახურავი ჩამოიშალა.
ძველ თბილისში, ყავლაშვილის ქუჩაზე, ორსართულიანი შენობის აივანი და სახურავი ჩამოიშალა.
“Aclığa Qarşı Hərəkat” təşkilatı həyata keçirdiyi
iş proqramının 2-ci mərhələsini davam etdirir
“Aclığa Qarşı Hərəkat” təşkilatı həyata keçirdiyi iş proqramının 2-ci mərhələsini davam etdirir
შვილის მკვლელობაში ბრალდებულ არასრულწლოვან
დედასთან სექსუალურ კავშირზე შინაგან საქმეთა სამინისტრომ გამოძიება
დაიწყო.
შვილის მკვლელობაში ბრალდებულ არასრულწლოვან დედასთან სექსუალურ კავშირზე შინაგან საქმეთა სამინისტრომ გამოძიება დაიწყო.
საერთაშორისო უფლებადამცველი ორგანიზაცია
Amnesty International აკრიტიკებს უეფას
საერთაშორისო უფლებადამცველი ორგანიზაცია Amnesty International აკრიტიკებს უეფას