VİDEO - Sahibsiz itlərin problemini həll etmək üçün meriya Kirəç-Muğanlı sakinlərindən rəsmi məktub tələb edir
17:03 / 19.04.2019
Kirəç Muğanlı kəndində sahibsiz itlər
sakinləri narahat edir. Sakinlərin sözlərinə görə sahibsiz itlərin
küçədə sürü ilə gəzməsi onlar üçün təhlükə
yaradır.
Kənd
sakinləri deyirlər ki, küçələrində toplaşan sahibsiz itlərin çox
olması onları qorxuya salır.
İtlərin çoxluğundan şikayətçi olan sakinlər itlərin küçədə
toplaşmasının əsasən qoca və uşaqlar üçün təhlükə yaratdığını
deyirlər.
İtlər kənd məktəbinin ərazisində də müşahidə olunur. Məktəb
müəllimləri bildirirlər ki, onlar məktəblilərin sağlamlıq və
rahatlığına görə məsuliyyət daşıyırlar. Onlar itlərin şagirdlərə
hücum etməməsi üçün gün ərzində məktəb həyətində nəzarətdə
durduqlarını dedilər.
Müəllimlər onu da qeyd etdi ki, şagirdlər müxtəlif saatlarda
dərsdən evə getdirlər və hər saat məktəblilərə nəzarət etmək mümkün
olmur.
Sakinlər sahibsiz itlərlə bağlı hara müraciət edəcəkləri haqda
məlumatsızdırlar, bu səbəbdən də onlar "Marneuli" radiosuna
müraciət etdilər.
Onların sözlərinə görə, itləri küçədən uzaqlaşdırmağa çalışsalar da
itlər insanlara hücuma edərək dişləyirlər.
Demək olar ki, meriya da əhalinin məlumatlandırılmasında əsas rol
oynayacaq ümud verici cavab vermir və deyirlər ki, Kirəç-Muğanlı
əhalisi problemlə bağlı məktubla müraciət etməlidirlər və problemi
meriya itlərin xidməti üçün elan edilmiş tender çərçivəsində həll
edəcək. Onu da unutmamalıyıq ki, məktubun müzakirəsinə 10 gün
lazımdır. Rəqəm daha arta bilər çünki meriya tərəfindən vaxtında
yazılan cavabı nadir hallarda xatırlayırıq.