Seçkiöncəsi qəbiristanlığa zibil qablarının qoyulması Sarvanlıların arzusu ilə üst-üstə düşüb

Marneulidə qəbristanlığa yeni zibil qutuları yerləşdirilib. Bu barədə “Gürcü Arzusu”nun fəalı Adil Əliyev 15 may tarixində şəxsi “Facebook” profilində paylaşım etmişdi.

O, həmin paylaşımda “Gürcü Arzusu”nun Marneuli merliyinə namizədi Zaur Darğallıya Sarvan qəbirstanlığına qoyulan zibil qutuları üçün Sarvanlılar adından təşəkkür edirdi.



“Biz Sarvanlılar olaraq xahiş etdik ki, bəlkə sən də xahiş edəsən, qəbiristanlığa zibil qutuları qoyalar. Çünki qəbiristanlığımızda zibillə bağlı ciddi problemlər var. O, da dedi ki, xahiş edərəm. Artıq qalsa, yerləşdirərlər. Zaura da buna görə təşəkkür etdim”, – Adil Əliyev bildirdi.

“Marneuli” radiosu zibil qutularının qoyulmasında Darğallının bir rolunun olub-olmaması ilə maraqlandı.
Məsələyə aydınlıq gətirmək üçün Zaur Darğallı ilə əlaqə saxladıq. Darğallı isə məsələ ilə bağlı məlumatının olmadığını bildirdi. Onun sözlərinə görə, zibil qutuları meriya tərəfindən bütün kəndlərə qoyulur. Sosial şəbəkədən onun ünvanına yazılan təşəkkürə gəldikdə isə Darğallı bununla bağlı heç bir fikrinin olmadığı dedi.

"Zibil qutuları meriya tərəfindən paylanıb, hara lazım idisə, hər yerə paylanıb", - deyə Zaur Darğallı bildirdi.

Sarvanlıların qəbiristanlığa zibil qutularının qoyulması ilə bağlı seçkiöncəsi arzusu "Təmiz Marneuli" MMC tərəfindən zibil qutularının paylanılması ilə üst-üstə düşüb. Qeyd edək ki, meriya artıq tender vasitəsilə 112 ədəd zibil qutusu alıb və bu qutular kəndlərə mərhələli şəkildə yerləşdirəcək.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google