"Parlamentin komitə iclasında milli və dini bayramların rəsmi tətil olunması təklif olundu" - Mirtağı Əsədov
"Parlamentin komitə iclasında milli və dini bayramların rəsmi tətil olunması təklif olundu" - bu barədə "Marneuli" radiosu ilə söhbəti zamanı Ümum Gürcüstan Müsəlmanlar Ali Dini İdarəsinin sədri və şeyxi Mirtağı Əsədov dedi.

Onun sözlərinə görə, 16 may tarixində Gürcüstan Parlamentində keçirilən dini məsələlər üzrə işçi qrupun görüşü zamanı Ümum Gürcüstan Müsəlmanlar Ali Dini İdarəsi tərəfindən bu cür təkliflə çıxış ediblər.

Əsədov bildirdi ki, Novruz bayramı, Qurban, Ramazan, Məbəs (peyğəmbərliyə çatma), Qədri-Xum bayramları rəsmi tətil elan edilməsini və eləcə də Cümə gününün Müsəlmanlar üçün müqəddəs gün olduğu üçün rəsmi qurumlarda işləyən müsəlmanlar nəzərə alınmasını təklif ediblər.

Əsədov onu da əlavə etdi ki, "Gürcüstan Müsəlmanları İdarəsi" tərəfindən səsləndirilən dini məkanların tikilişi üçün aidiyyəti orqanlara müraciət olunması və oradan verilən mənfi cavablar, eləcə də dini məkanların tikintisi zamanı xüsusi tənzimləyici qanuna ehtiyac olması təkliflərini müsbət dəyərləndirirlər.

Onu da qeyd edək ki, işçi qrupun görüşündə Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, müxtəlif dini icmalar, QHT və hüquqların qorunması sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak ediblər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google