Marneulili pedaqoqlar təqaüd yaşında olan müəllimlərə Təhsil Nazirliyinim təklifini necə qəbul edib

Mükafat olaraq 2 illik əmək haqqı və ömrünün sonuna qədər sağlamlıq sığrotası – Təhsil nazirinin fənn imtahanını vermək istəməyən və ya verə bilməyən təqaüdçü müəllimlərə təklifi var. Marneulili Maya Məmmədova 68 yaşındadır. İllərdir Marneulinin 1 saylı ictimai məktəbində tarix müəllimi olaraq çalışır. Təhsil Nazirliyinin yeni təşəbbüsü haqqında artıq məlumatı var, ancaq məktəbi tərk etməyi planlaşdırmır.

“Mənim bu qanun xoşuma gəlmir. Çünki anidən başladılar. Yaş kateqoriyası olmalıdır, məsələn, hökumət desin ki, 75 yaşdan sonra siz azadsınız. Yəni dəqiq bilməliyik 60, 70 və 75 yaşında azad məktəbdən olacağıq. Bilirəm ki, məni həmkarlarımın da bu qanun xoşuna gəlmir. Elə pedaqoqlar var ki, həqiqətən də 80 yaşı ötüblər və yeriyə bilmirlər. Mən şəxsən hələ ki, öyrədə bilirəm” – Maya Məmmədova deyir.

Məmmədovadan fərqli olaraq 1 saylı ictimai məktəin direktoru Keti Merabişvili hesab edir ki, nazirliyin təqaüdçülərə etdiyi təşəbbüs yaxşı imkandır.

“Mən məsələn alqışlayıram,təqaüdçü müəllimlərin istifadə etmək üçün yaxşı imkanları var. Əlbəttə əgər istifadə edəcəklərsə. İstəməslər imtahan vermək hüquqları da var, qeydiyyat ola bilərlər. Qeydiyyat artıq başlayıb və 24 maya qədər davam edəcək” – Ketevan Merabşvili deyir.

Yeniliyin tərəfdarlarından biri də Tserakvi ictimai məktəbinin direktoru Salome Mağaşvildir. Onun sözlərinə görə, müəllimlər bu yenilik haqqında artıq məlumat alıblar.

“Bizim məktəbdə 11 müəllimdən təqribən altısı təqaüd yaşındadır. Məlumata görə tərəfdarlar da var. Hələ ki, getməkl əbağlı dəqiq qərar heç kim deməyib və hazırlıq prosesindədirlər. Mən də düçünrəm ki, Təhsil Nazirliyi tərəfindən məktəblərə yaxşı təşəbbüsdür” – Salome Mağaşvili deyir.

Marneuli mqiyasında neçə təqaüd yaşlı müəllim var bu haqda Marneuli Resurs Mərkəzinin məlumatı yoxdur, ancaq bizimlə söhbət zamanı Marneuli Resurs Mərkəzinin rəhbəri Kənan Ömərovun dediyinə görə, əksəriyyət təqaüd yaşındadır. Onun sözlərinə görə məktəblərdə nəsillərin dəyişməsi vacibdir.

Təshil Nazirliyinin məlumatına görə mükafat olaraq iki illik əmək haqqı təqaüd yaşına çatmış, imtahan vermək istəməyən və ya imtahandan kəsilən, yaxud təkrar imtahanı verə bilməyən təcrübəçi müəllimlərə aiddir. Onlar 2019-cu ilin sonuna qədər mükafat almaq istəklərini bildirməlidirlər. Dövlət mükafatının verilməsi 2019-cu ilin sentyabrından başlayacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google