Birləşmiş müxalifətin mer vəzifəsinə namizədi seçicilərin alındığını və pozuntuların baş verdiyini bildirir
“Vahid Milli Hərəkat – Birləşmiş
müxalifət”in mer vəzifəsinə namizədi Aqil Mustafayev bildirir ki,
pozuntuları onların partiyalarının müşahidəçiləri demək olar ki,
bütün məntəqələrdə aşkarlayıblar.
Onun dediyinə görə, çox sayda səyyar qutu vasitəsilə siyahıda
olmayan şəxslər də səs verməsi faktı mövcuddur. Birləşmiş
müxalifətin namizədi seçicilərin alınmasından da danışıb.
“Ağməmmədli kəndindəki 77 saylı seçki məntəqəsinin girişində “Gürcü
Arzusu”nun koordinatorları əllərində siyahı ilə dururlar və xalqa
pul verirlər. Səslərini satmayan seçicilərə izə təzyiq göstərirlər
və hədələyirlər”, – Aqil Mustafayev deyib.
“Marneuli” radiosunun partiyada hansı dəlillərin olması ilə bağlı
sualına cavab olaraq mer vəzifəsinə namizəd bildirdi ki,
seçicilərin alınması ilə bağlı dəlilləri yoxdur, lakin konkret
olaraq Ağməmmədli kəndində onların işə qarışmasından sonra
koordinatorlar məntəqə ərazisindən uzaqlaşıblar, lakin yenə də
məntəqə yaxınlığındadırlar.
Aqil Mustafayevin dediyinə görə, Birləşmiş müxalifətin
müşahidəçiləri artıq bir çox pozuntu halları aşkarlayıblar ki,
bunlarla bağlı da şikayət ərizəsi yazılıb.