Marneulidə növbədənkənar mer seçkilərinin ilkin
məlumatları artıq bəlli olub.
Mərkəzi Seçki Komissiyasının veb səhifəsində 72 məntəqənin
nəticələri yayımlanıb. Səslərin əksəriyyətini iqtidar partiyasının
namizədi Zaur Darğallı qazanıb.
Səslərin sayına görə, ikinci yerdə “Vahid Milli Hərəkat – Birləşmiş
müxalifət”in namizədi Aqil Mustafayevdir.
Üçüncü yeri “Avropalı Gürcüstan”ın namizədi Əhməd İmamquliyev,
dördüncü yerdə isə müstəqil namizəd Əli Bədirov tutub.
Marneuli 22 saylı seçki dairəsində 90 seçki məntəqəsi var idi ki,
bunlardan da 15-i Marneuli şəhərində, 75-i isə bələdiyyəyə daxil
olan 84 kənddə idi.
Marneuli meri vəzifəsi uğrunda 15 namizəd mübarizə aparırdı, lakin
onlardan cəmi dördü seçki proqramını təqdim etmişdi.